SON XƏBƏRLƏR

AKP-nin yeni təklifi gərginlik yaradıb

2021.10.20, 07:36
AKP-nin yeni təklifi gərginlik yaradıb

Gunaz.tv
GünAzTv: Türkiyədə Hakim Ədalət və İnkişaf Partiyası Konstitusiyaya (Anayasa) dəyişikliklərlə bağlı təklif etdiyi paketi ictimaiyyətə açıqlayıb. Baş nazirin müavini Cəmil Çiçək bildirib ki, Türkiyə 1982-ci ildə hərbi çevrilişdən sonra qəbul edilmiş Konstitusiya ilə yola davam edə bilməz. Hakim partiyanın təklif etdiyi Konstitusiya dəyişiklikləri paketi ölkədə birmənalı qarşılanmayıb. GünAzTv mətbuat mərkəzinin BBC-yə istinadən yaydığı məlumata görə, Müxalifət hakimiyyətin paketin qəbul edilməsi ilə bağlı müraciətini rədd edib. AK partiyanın təşəbbüsü hakimiyyətlə məhkəmə orqanları arasında da gərginlik yaradıb. Hakimiyyətin təklif etdiyi dəyişikliklər paketində məhkəmə organlarının səlahiyyətləri və siyasi partiyaların bağlanması imkanlarının məhtudlaşdırılması nəzərdə tutulur. Paket qəbul edilərsə, 1982-ci il hərbi çevrilişini həyata keçirənlərin məsuliyyətə cəlb edilməsi mümkün olacaq, ümumiyyətlə hərbçilərin işinə mülki istintaq və məhkəmə orqanları baxa biləcək. Bu təkliflər məhkəmə orqanları tərəfindən narazılıqla qarşılanıb. Ali Məhkəməmim sədri Həsən Gerçəker bəyan edib ki, layihə Konstitusiyaya ziddir. Onun fikrincə, iqtidar bu layihəni qəbul etdirməklə məhkəmə hakimiyyətini ələ keçirmək məqsədi güdür. Hakim partiyanın nümayəndələri dəyişikliklər paketinin parlamentdə təmsil edilən siyasi partiyaların dəstəyi ilə qəbul edilməsinə nail olmaq üçün müxalifət nümayəndələri ilə görüşüblər. Lakin ana müxalifətdəki Cümhuriyyət Xalq Partiyası təşəbbüsə qarşı çıxdı. Milliyyətçi Hərəkat Partiyası isə məsələnin gələn il keçirilməsi nəzərdə tutulan parlament seçkilərindən sonra gündəmə gəlməsini istəyir. AK partiyanın müxalifət dəstək verməsə belə layihəni gələn həftə parlamentin gündəliyinə təqdim edəcəyi bildirilir. Müşahidəçilər hakim partiyanın malik olduğu səs çoxluğunun paketin qəbul edilməsi üçün kifayət etməyəcəyi üçün məsələnin referenduma çıxarılacağını proqnozlaşdırırlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar