SON XƏBƏRLƏR

Hillari Klinton: Biz keçmişi dəyişə bilmərik, soyqırım məsələsi üçün tarixi komissiya yaradılmalıdır

2021.10.20, 07:36
Hillari Klinton: Biz keçmişi dəyişə bilmərik, soyqırım məsələsi üçün tarixi komissiya yaradılmalıdır

Gunaz.tv
GünAzTv: ABŞ (Amerika Birləşmiş Ştatları) dövlət katibi Hillari Klinton prezident Barak Obamanın 24 aprel müraciəti ilə bağlı məsələni şərh edib. O, Rusiyanın "Birinci kanal"ının "Pozner" proqramında qonaq olub. Tamaşaçılardan biri sual verib ki, Barak Obama prezident seçkiləri ərəfəsində "erməni soyqırımı"nı tanıyacağını bəyan etsə də, sonradan bunu unudub. Hillari Klintonun cavabı belə olub: "Düşünmürəm ki, kimsə nəyisə unudub. Amma Türkiyə və Erimənistanın birgə işləməsi çox vacibdir". Dövlət Departamentinin rəhbəri xatırladıb ki, o, ötən payız Sürixdə Türkiyə, Ermənistan, Rusiya, Fransa və digər ölkələrin xarici işlər nazirləri ilə birlikdə Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılmasına yönələn bir sıra sənədlərin imzalanması mərasimində iştirak edib: "Həmin sənədlərdən biri Türkiyə və Ermənistan arasında keçmişlə bağlı məsələləri araşdırmaq üçün tarixi komissiyanın yaradılması ilə bağlı idi. Hesab edirəm ki, bu, düzgün yanaşmadır". Hillari Klinton onu da deyib ki, komissiyanın yaradılması prosesi gedir. "Bilirsiniz, məz çox demişəm - biz keçmişi dəyişə bilmərik, yalnız onu edə bilərik ki, daha yaxşı gələcəyə nail olaq"-ABŞ-ın dövlət katibi belə deyib. (ANS)

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar