SON XƏBƏRLƏR

Hillari Klinton İrana qarşı daha sərt sanksiyalardan danışıb

2021.10.20, 07:36
Hillari Klinton İrana qarşı daha sərt sanksiyalardan danışıb

Gunaz.tv
GünAzTv: ABŞ (Amerika Birləşmiş Ştatları)  dövlət katibi Hillari Klintonun yayılan bəyanatında bildirilir ki, İrana qarşı tətbiq ediləcək yeni sanksiyalar daha sərt olacaq. Bu bəyanatla dövlət katibi İctimai Əlaqələr üzrə Amerika-İsrail Komitəsinin toplantısında çıxış edəcək. Hillari Klintonun sözlərinə görə, İran rəhbərliyi yalnız öz ölkəsinin əhalisinə deyil, regionun digər dövlətləri üçün də ciddi təhlükə yaradır. Əgər İran nüvə silahı əldə edərsə, bu, Yaxın Şərqdəki sabitliyi poza və beynəlxalq terrorçuluğu sürətləndirə bilər. Dövlət katibi qeyd edir ki, rəsmi Vaşinqton BMT-nin Təhlükəsizlik Şurasındakı tərəfdaşları ilə birlikdə İrana qarşı tətbiq olunacaq yeni sanksiyalar layihəsi üzərində iş aparır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar