SON XƏBƏRLƏR

Rəsmi İrəvandan böyük etiraf

2021.10.20, 07:36
Rəsmi İrəvandan böyük etiraf

Gunaz.tv

GünAzTv: Ermənistan prezidenti Serj Sarkisyan «Euronews» kanalına müsahibəsində Azərbaycanın hərbi gücündən ehtiyat etdiklərini etiraf edib.

O münaqişə ilə bağlı müvafiq sənəd imzalanmasını təklif etdiyini dilə gətirib.

O, bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində hərbi variant birmənalı şəkildə istisna olmalıdır. Ermənistan prezidenti bununla bağlı müvafiq sənəd imzalanmasını təklif etdiyini də dilə gətirib. «Azərbaycana müraciət edirəm ki, rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsinin həllində güc yolundan istifadə etməmək barədə sənəd imzalasın» deyən Serj Sarkisyan bununla belə, işğalçı mövqeyindən geri çəkilmək niyyətində olmadıqlarını da bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar