SON XƏBƏRLƏR

Novruz bayramı Gürcüstanda ümummilli bayram elan edilib

2021.10.20, 07:36
Novruz bayramı Gürcüstanda ümummilli bayram elan edilib

Gunaz.tv

Novruz bayramı Gürcüstanda ümummilli bayram elan edilib. Belə bir bəyanatla azərbaycanlıların yaşadığı Marneuli rayonuna səfəri zamanı Gürcüstan prezidenti Mixail Saakaşvili çıxış edib.

GünAzTv mətbuat mərkəzinin azadliqradiosuna istinadən yaydığı məlumata görə, Azərbaycanlıları Novruz bayramı münasibəti ilə təbrik edən prezident artıq hökumətin bu barədə qərar qəbul etdiyini bildirib.

Saakaşvili qeyd edib ki, bu onu göstərir ki, biz, bütün Gürcüstan vətəndaşları vahid dövlət və vahid cəmiyyətin nümayəndələriyik.

Ona görə də sevincimiz də, kədərimiz də bir olmalıdır.

Bu bayram bundan sonra Gürcüstanın hər bir yerində qeyd olunacaq", - deyə prezident vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar