SON XƏBƏRLƏR

“Petroşimi-Perspolis” müsabiqəsində bir neçə nəfər tutuqlanıb

2021.10.20, 07:36
“Petroşimi-Perspolis” müsabiqəsində bir neçə nəfər tutuqlanıb

Gunaz.tv

GünAzTv: Təbrizin Səhənd Stadiyomunda (stadion) Tehranın perspolis komandası ilə Təbrizin Petroşimi komandası arasında keçirilən Futbol müsabiqəsində tutuqlananlar var.

 

Dünən (mart ayının 17-i) yağış altında keçirilən müsabiqəni 20000 nəfər tamaşaçı izləyib. Tamaşaçılar var gücləri ilə Azərbaycanı təmsil edən "Petroşimi" Komandasını təşviq edib, öz komandalarına övgülər yağdırıblar.

 

Müsabiqənin birinci hissəsi bitərkən Təhlükəsizlik Qüvvələri bir neçə tamaşaçını yaxalayıb. Tutuqlanmış Həbib Purvəli, Kəramət Novruzi, Yusif Abidzadə və ... naməlum istiqamətə aparılıblar.

 

Digər diqqətə layiq məqam isə tamaşaçılar tərəfindən "Türk dilində mədrəsə _ Olmalıdır hər kəsə" şüarının səsləndirilməsi olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar