SON XƏBƏRLƏR

bu gün 19 mart terror aktından 16 il ötür

2021.10.20, 07:36
bu gün 19 mart terror aktından 16 il ötür

Gunaz.tv

GünAzTv: Bu gün, 1994-cü il martın 19-da erməni xüsusi xidmət orqanlarının təşkilatçılığı ilə Bakı metropoliteninin "20 yanvar" stansiyasında törədilən terror aktından 16 il keçir.

 

GünAzTv mətbuat mərkəzinin "anspress"-ə istinadən yaydığı məlumata görə, Terror aktı nəticəsində 14 nəfər ölmüş, 55 nəfər isə yaralanmışdı. Xatırladaq ki, istintaqın gəldiyi nəticəyə görə, terror aktını ermənistan xüsusi xidmət orqanlarının rəhbərliyi ilə separatçı 'sadval' təşkilatı həyata keçirib. 30 nəfərlik qrup ermənistanda xüsusi hazırlıq keçib və '20 yanvar' metro stansiyasından başqa digər strateji dövlət binalarında da partlayışlar törətməyi planlaşdırıb. Ancaq qrup məqsədinə axıra qədər nail ola bilməyib. Məhkəmə qərarı ilə bu qrupun 29 üzvü həbs edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar