İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
Zəncan; Güney Azərbaycanın toxuculuq mərkəzi, amma istehsal zənciri hələ tamamlanmayıb
İranda beş əfqanistanlı silahlı öldürüldü
Bəqai Fransanı "repressiya"ya görə qınadı
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
Tramp: İsrailə uçan təyyarəyə qarşı terror cəhdinin arxasında İran dayanırsa, ölkə “çox ağır” zərbə alacaq
GünAzTv: Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın ölkədə qanunsuz yaşayan 100 min ermənini qova biləcəklərini söyləməsinə həmin ermənilər reaksiya verib. "Vətən" qəzetinin verdiyi məlumata görə, əksəriyyəti İstanbulun Kumkapı qəsəbəsində yaşayan ermənilər deyiblər ki, getmək istəmirlər, bu ölkədə xoşbəxtdirlər, qarınlarını doyururlar. Məsələn, 53 yaşlı Annev Gevorkyan adlı erməni qadın bildirib ki, o, 4 il əvvəl İrəvandan gəlib: "Türkiyə vətəndaşlığı almaq üçün müraciət etmişəm. Proses gedir. Baş nazir Rəcəb Tayyib Ərdoğanın sözləri baş nazirin söyləyəcəyi sözlər deyil, yanlışdır. Biz başqa torpağınmı insanlarıyıq ki? Hər şeyə baxmayaraq, həyatda qalmağa çalışan bu qərib insanları niyə qovmaqla təhdid edirlər? Qorxum yoxdur. Burada xoşbəxtəm və getmək niyyətim yoxdur".
Problemlərin qaynağı ABŞ və Fransa diasporasıdır
Evlərdə təmizlik işləri ilə məşğul olan 57 yaşlı Volya Kasparyan 10 il əvvəl İrəvandan İstanbula gəldiyini söyləyib: "Rəcəb Tayyib Ərdoğanın 100 min insanı Türkiyədən çıxaracağını söyləməsilə "soyqırım" layihəsinin qarşısı alınmaz. Məncə, baş nazir siyasi açıqlama verdi, onu dəstəkləyən ermənilərə qarşı bunu edəcəyinə qəti inanmıram. Bütün problemlərin qaynağı ABŞ və Fransadakı diasporadır. Onların duzu quru, cibləri doludur, bizi düşünmürlər. Çox narahatıq". Fizika müəllimi olan 62 yaşlı Annahir Kandaryan da 8 il əvvəl İrəvandan gəlib: "Türkiyə vətəndaşı deyiləm, uşaqlara xüsusi dərs keçirəm. Türk insanı çox yaxşıdır, adət-ənənələrimiz, həyatımız bir-birinə bənzəyir. Bir ailə kimi yaşayırıq. Rəcəb Tayyib Ərdoğan vicdanlı insandır, məncə, siyasi bəyanat verir, dediklərini etməz. Bizi qovmaqdan yox, bənzərliyimizdən, ortaq yaşamamızdan danışsın". 33 yaşlı Vartihi Simonyan 7 il əvvəl İrəvandan Türkiyəyə üz tutduğunu dilə gətirib: "Həyat yoldaşım adıyamanlıdır. Hələ Türkiyə vətəndaşlığı almamışam. Əgər baş nazir dediyini edərsə, 3 uşaqlı ailəm dağılar. İşsizliklə boğulan Ermənistana qayıtmamaq üçün intihara əl atan çoxlu ermənilər də olar. Bunun baş verməməsi üçün dua edirəm". 53 yaşlı dayə Andin Arikyan İstanbula 12 il əvvəl Tiflisdən köçüb: "Türkiyədə işləyib, pul qazanırıq. Rəcəb Tayyib Ərdoğanın sözləri məni narahat edir. Televiziyada "soyqırım" layihəsi və buna Türkiyənin verəcəyi reaksiyalarla bağlı söylənənlər məni çox qorxudur". Türkiyə vətəndaşı olan ermənilər isə qəzetə açıqlamalarında bildiriblər ki, onlar həmin 100 min erməniyə sahib çıxacaq, onlara evlərində yer verəcəklər.
Nalbandyanın Ərdoğana cavabı
"Türkiyə baş nazirinin ermənilərin Türkiyədən deportasiyası barədə bəyanatı yolverilməzdir və Ermənistan - Türkiyə dialoqunun irəliləməsinə xidmət etmir". Bunu cümə axşamı Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Slovakiyanın xarici işlər naziri Miroslav Layçak ilə görüşündə deyib. O deyib: "Bu gün mən Türkiyə qəzetində bir məqalə oxudum. Orada sual olunur ki, bunu kim məsləhət görə bilər ki, bunu demək mümkün olsun. Təəssüf ki, belə bəyanatlar birinci dəfə deyil verilir və tamamilə mənfi nəticələrə gətirib çıxarır". O, ümidvar olduğunu bildirib ki, Türkiyədə daha realist yanaşma üstün gələcək və orada "ilkin şərtlər olmadan irəliyə doğru hərəkətin vacibliyi barədə" beynəlxalq birliyin və praktik olaraq dünyanın bütün ölkələrinin söylədiyi fikirlər nəzərə alınacaq: "Ermənistana, başqa ölkələrə hədə-qorxu gəlmək, şantaj eləmək yox, irəliyə doğru hərəkət və iki ölkə arasında əldə olunmuş saziş və razılaşmaları yerinə yetirmək lazımdır. Bu, sivil dünyada fəaliyyət göstərmək üçün yol deyil".
Baykal ermənilərin tərəfindədir
Türkiyənin ana müxalifət lideri Dəniz Baykal baş nazir Rəcəb Tayyib Ərdoğanın "lazım gəlsə, 100 min ermənini deportasiya edərik" açıqlamasına sərt reaksiya verib. CHP sədri partiyasının İdarə Heyətinin toplantısında Ərdoğanı kəskin tənqid edib. Baykal "vahiməli bir açıqlamadır, Türkiyəyə işləməyə gələnlərdən hansısa münaqişədə "kozır" kimi istifadə etmək olmaz, bu, insanlığa ziddir" deyib. CHP sədri hesab edir ki, baş nazirin bəyanatı qəbuledilməzdir. O, Türkiyə Böyük Millət Məclisində Ermənistanla münasibətlər məsələsi müzakirə edilərkən təklif irəli sürəcəklərini bildirib.
"Ankara və İrəvan problemləri özləri həll etməlidir"
ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Filip Qordon isə bəyanlayıb ki, Türkiyə və Ermənistan öz problemlərinin həlli ilə məşğul olmalıdır. O əlavə edib: "Türkiyə və Ermənistan arasındakı problemlər iki ölkənin iştirakı ilə həllini tapmalıdır". Onun sözlərinə görə, Türkiyə-Ermənistan protokolları və Konqres komitəsində qondarma erməni soyqırımının tanınmasına dair qətnamənin qəbulu bir-biri ilə əlaqəsi olmayan iki müxtəlif hadisədir. Martın 4-də ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində və martın 11-də İsveç Parlamentində "erməni qətnaməsi" qəbul olunduqdan sonra Türkiyə Vaşinqton və Stokholmdakı səfirlərini məsləhətləşmələr üçün geri çağırıb. Dövlət katibinin köməkçisi Ankara və İrəvanı tezliklə protokolları ratifikasiya etməyə çağırıb.
"Obama ilə Konqres arasında razılaşma yoxdur"
Filipp Qordon onu da bildirib ki, Barak Obama administrasiyası ilə ABŞ Konqresi arasında qondarma erməni soyqırımının tanınmasına dair qətnamə ilə bağlı heç bir razılaşma olmayıb: "Ağ Ev administrasiyasının mövqeyinə baxmayaraq, qətnamənin irəliyə çəkilməsi dayandırıla bilməz". O qeyd edib ki, Konqres müstəqil qurumdur və fəaliyyət istiqamətlərini özü müəyyənləşdirir. Qordon bildirib ki, qətnamənin qəbulu eyni zamanda Vaşinqtonun İranın nüvə proqramı məsələsində Ankaranın yardımına ehtiyacı olduğu bir vaxtda ABŞ-Türkiyə münasibətlərini dayandırdı. Bununla belə, Birləşmiş Ştatlar hesab edir ki, Türkiyə ilə münasibətlər xarici siyasi məsələlərin geniş dairəsi üzrə pisləşməyib. Xatırladaq ki, respublikaçı konqresmen Corc Radanoviç bildirib ki, Obama administrasiyası və Konqres qətnamənin qurumun gündəliyinə daxil edilməməsinə dair razılaşma əldə ediblər: "Bildiyimə görə, administrasiya Nümayəndələr Palatası ilə qanun layihəsinin Konqresin gündəliyinə salınmamasına dair razılığa gəlib".
"Bizim mədəniyyətimizdə soyqırıma məruz qoymaq yoxdur"
Türkiyədə Çanaqqala dəniz zəfərinin 95-ci ildönümü qeyd olunur. Bu münasibətlə Çanaqqala 18 mart stadionunda təntənəli rəsmi tədbir keçirilib. Tədbirdə çıxış edən baş nazir Rəcəb Tayyib Ərdoğan Ermənistana növbəti mesaj göndərib. Baş nazir uydurma erməni soyqırımı iddialarına işarə vuraraq deyib: "1915-ci ildə və ondan əvvəl bizim millətimizi yox etmək üçün hər cür əməllər həyata keçirilərkən, bu millət aclığa, yoxsulluğa, ölümə məhkum edilərkən bu vəhşəti görməyərək başqa məsələləri gündəmə gətirmək haqsızlıqdır, vicdansızlıqdır. Göydən ölüm yağarkən bizim əsgərimiz içdiyi qəhvəni düşmənlə paylaşırdı. Çünki babaları kimi insan həyatının müqəddəsliyini, haqsız yerə kiminsə canına qıymağın günahların ən böyüyü olduğunu bilirdilər. 1915-ci il hadisələri ilə bağlı iddiaların qərəzli və çirkin olduğunu bir daha bildirmək istəyirəm. Bizim mədəniyyətimizdə öldürmək, qətlə yetirmək, soyqırıma məruz qoymaq yoxdur. Biz hər zaman savaşa deyil, barışa üstünlük veririk. Bizim mədəniyyətimiz sevgi mədəniyyətidir. Gələcək kin və nifrət üzərində qurula bilməz. Bu ölkənin tarixi parlamentlərdə təhrif edilməyəcək qədər təmizdir, əzizdir, şanlıdır, günəş kimi parlaqdır". Ərdoğan bəyan edib ki, 1915-ci ildə Türkiyənin şərqində baş vermiş hadisələri aydınlaşdırmaq istəyənlərin ünvanı parlamentlər deyil, arxivlər, tarixi sənəd, raport və məktublar olmalıdır. xalqcebhesi
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Tarımda üç işçi həyatını itirib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu