SON XƏBƏRLƏR

Tufan Güney Azərbaycana çoxlu xəsarət vurub

2021.10.20, 07:36
Tufan Güney Azərbaycana çoxlu xəsarət vurub

Gunaz.tv

GünAzTv: İran Kütləvi İnformasiya Vasitələrinin verdikləri xəbərlərə görə Güney Azərbaycanın bir çox şəhəri neçə gündür qum tufanının təsirinə məruz qalıb və Təbrizdə bir müddət küçəyə çıxmaq həyatı təhlükə törədib. Təbrizin Ətraf-mühit idarəsinin rəisi bildirib ki, Təbrizin havasında olan toz zərrələrinin miqdarı, hər kub metr üçün 600 dən 1500-ə qalxıb. İdarə rəisi Təbrizlilərə xəbərdarlıq edib ki, açıq havada dolanmasınlar. O, bu durumun səbəbinin qonşu ölkələrdən gələn tufan olduğunu irəli sürüb. Təbrizdən gələn xəbərlərdə tufan səbəbi ilə küçəyə çıxmağın çətin olduğu deyilir. 

İSNA Ərdəbil vilayalətindən xəbər verir ki, bu vilayalətdə küləyin sürəti, saatda 130 kilometri aşıb. Evlər, mağazalar və bir çox idarələrin pəncərələri, ağacları və Televiziya antenaları sınıb. İSNA-nın xəbərinə əsasən, Ərdəbil vilayətinin 6 şəhərinin məktəbləri bağlanıb. Ərdəbil, Meşkinşəhər, Nəmin, Səreyin, Lahrur və Hir şəhərlərinin tamam məktəbləri bağlanıb. Qum tufanı çoxlu obyektə zərər vurub. 

Digər tərəfdən, 3 gündür ki, Qərbi Azərbaycanda da qum tufanı səbəbilə saatda 90 kilometr sürətlə külək əsir. İSNA xəbər verir ki, tufan elektrik dirəklərinin, ağacların sınmasına və başqa xəsarətlərə səbəb olub. Qum tufanı nəticəsində Qərbi Azərbaycanda yüzlərlə evin pəncərələri dağılıb.voa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar