SON XƏBƏRLƏR

Milli-mədəni fəallar aclıq aksiyasını dəvam etdirir

2021.10.20, 07:36
Milli-mədəni fəallar aclıq aksiyasını dəvam etdirir

Gunaz.tv

GünAzTv: Ərdəbil həbsxanasında dörd azərbaycanlı fəal - Bəhruz Əlizadə, Vadut Sadati, Rahim Qulami və Əli Abbasi aclıq aksiyasını davam etdirirlər.

Aclıq aksiyasının onların hüquqlarının pozulmasıyla bağlı olduğu bildirilir. Fəallar telefon əlaqəsinin olmamasına və başlarının keçəl qırxılmasına etiraz edirlər. Bu barədə "Azadlıqradio"-su Azərbaycanlı Məhbusların Hüquqlarının Müdafiəsi Assosiasiyasının üzvü, hüquq müdafiəçisi Yaşar Həkkakpura istinadən xəbər yayıb. «Bir müddət isə həmin məhbusların saxlandığı kameraya ağır cinayətlər törətmiş məhbuslar salınıb və həmin məhbuslar azərbaycanlı faəlları bir neçə dəfə döyüblər», - deyə məlumatda bildirilir. Azərbaycanlı fəallardan üçü İran rejimi əleyhinə təbliğat aparma ittihamıyla ötən ilin oktyabrında bir il azadlıqdan məhrum edilib.

Onların aksiyaya martın 13-dən başladığı bildirilir. Əli Abbasi isə Azərbaycan Respublikasının xeyrinə casusluq ittihamıyla 2006-cı ildən Ərdəbil həbsxanasındadır. O, Azərbaycana səfərindən sonra həbs edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar