SON XƏBƏRLƏR

Rəsmi Vaşinqtona Tehrana qarşı kəskin sanksiyaların tətbiqinə çalışacaq

2021.10.20, 07:36
Rəsmi Vaşinqtona Tehrana qarşı kəskin sanksiyaların tətbiqinə çalışacaq

Gunaz.tv

GünAzTv: ABŞ (Amerika Birləşmiş Ştatları) prezidenti Barak Obama İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün beynəlxalq sanksiyaların tətbiqinə çalışacağını deyib.

İranın nüvə proqramı Obama administrasiyası üçün yüksək prioritet təşkil edir. Bunu ABŞ prezidenti Barak Obama Foks telekanalına müsahibəsində bildirib. İran rəhbərliyini problemi diplomatik yolla həll etməməkdə günahlandıran Amerika lideri əlavə edib ki, məhz buna görə də sərt sanksiyaların tətbiqinə çalışacaq, prosesin irəli aparılmasında səyləri gücləndirəcəklər.

İranın nüvə proqramı çox çətin problemdi. Amma bu məsələni həll etməliyik. Çünki əgər İran nüvə silahına malik olarsa, bu bütün Yaxın Şərqdə nüvə silahlarının mübarizəsinə gətirib çıxaracaq ki, bu da Amerikanın milli təhlükəsizlik maraqlarına böyük zərbə olar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar