SON XƏBƏRLƏR

Bu gün Çanaqqala zəfərindən 95 il ötür

2021.10.20, 07:36
Bu gün Çanaqqala zəfərindən 95 il ötür

Gunaz.tv

GünAzTv: Türk tarixinin şərəfli səhifələrindən olan Çanaqqala zəfərindən 95 il ötür. Çanaqqala Anadolu və Azərbaycan türklərinin omuz-omuza,kürək-kürəyə yazdığı qəhrəmanlıq səlnaməsidir.

Həmin gün  savaş meydanında Mustafa Kamal Atatürkün əsgərlərinə «sizlərə döyüşməyi yox,Türkiyə üçün ölməyi əmr edirəm» deməsi ilə 250 minə yaxın mehmetcik   canını vətənindən əsirgəmədi. Aralarında 1130 Azərbaycan türkünün də olduğu o qəhrəmanlar Türkiyə dövlətinin varlığını, ay-ulduzlu bayrağın yenməzliyi üçün şəhid oldular.

Çanaqqala döyüşü nəinki Türkiyə, bütöv Türk dünyası tarixində böyük zəfər səlnaməsidir.Məhs həmin savaşda türk milləti düşmənlərinə vətəni candan əziz bildiyini,bu yolda sevə-sevə şəhid olmağın şanını, şərəfini nümayiş etdirdi. 1915-ci ilin martında İstanbulu zəbt etmək istəyən ingilis-fransız hərbi birləşmələri 233 min türk  Mehmetciyinin keçilməz səddi ilə üz-üzə qaldı. Çanaqqala düşmən üçün İstanbul yolunda keçilməz qala oldu.Dünya həmin gün türkün «Təki vətən yaşasın» deyə şəhid olmasının daha bir nümunəsinə şahidlik etdi. Bu Anadolu və Azərbaycan türklərinin omuz-omuza,kürək-kürəyə yazdığı qəhrəmanlıq səlnaməsi idi. itv

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar