SON XƏBƏRLƏR

Xatəmi hakimiyyətin ölkə konstitusiyasına (Anayasa) zidd davrandığını deyib

2021.10.20, 07:36
Xatəmi hakimiyyətin ölkə konstitusiyasına (Anayasa) zidd davrandığını deyib

Gunaz.tv

GünAzTv: İranın keçmiş prezidenti Məhəmməd Xatəmi ali təhsil ocaqlarının islam birliklərinin nümayəndələri ilə görüşündə hökumətin və məhkəmələrin müxalifətçilərə qarşı kəskin mövqeyini pisləyərək həbsdə saxlanan bütün siyasi məhbusların azadlığa buraxılmasını tələb edib.

GünAzTv mətbuat mərkəzinin "Media forum"-a istinadən yaydığı məlumata görə, M.Xatəmi İran prezidenti Mahmud Əhmədinejad hökumətinin ölkə konstitusiyasına zidd davrandığını deyib: "Hökumətin konstitusiyaya qarşı çıxıb müxalifləri düşmən adlandırmağa haqqı yoxdur".

M.Xatəmi İran rəsmilərini keçmişdən ibrət dərsi almağa çağırıb: "Yalnız siyasi məhbusların azadlığa buraxılması və vətəndaşlara qanuni azadlıqların verilməsi ilə ölkənin mövcud problemlərini həll etmək mümkündür".

Keçmiş prezident hökumətin islahatçılara qarşı kobud mövqeyinə də toxunub: "Biz islahatçılar ölkə konstitusiyasına qayıtmağı və ona riayət olunmasını tələb edirik. Bizim xalq istibdada söykənən şah rejiminə qarşı çıxıb onu kənar elədi və bütün zorakılıqlara son qoydu. Məhz buna görə də bu xalqın yenidən o zorakılıqların altına getməsi mümkün deyil".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar