SON XƏBƏRLƏR

Məhəmməd Xatəminin şovinisti hərəkətinə etiraz edən 4 soydaşımıza məhkəmə hökmü oxunub

2021.10.20, 07:36
Məhəmməd Xatəminin şovinisti hərəkətinə etiraz edən 4 soydaşımıza məhkəmə hökmü oxunub

Gunaz.tv

GünAzTv: Təbriz şəhəri Məhkəməsi tərəfindən Məhəmməd Xatəminin şovinisti hərəkətinə etiraz edən 4 soydaşımıza hökm çıxarılıb.

Hökmə əsasən milli-mədəni fəallar Cahanbəxş və Nadir Bəxtavər 91 gün həbs və 30 zərbə şallaq (qamçı), Təbriz universitetinin öyrənciləri Əli və Mehdi İmani isə hər biri 6 ay həbs cəzasına məhkum edilib.

 

Adını çəkdiyimiz fəallar 2009-cu il may ayının 25-də (1388-ci il xordad ayının 4-ü) Təbrizin bağşimal idam mərkəzində keçmiş prezidentliyə namzəd Mir Hüseyn Musəvinin çıxışından sonra milli şüarlar səsləndirib və Məhəmməd Xatəminin Türkləri təhqir edən lətifəsinə etiraz etmişdilər. Məhz bu hadisədən sonra fəallar Təhlükəsizlik Qüvvələri tərəfindən tutuqlanmışdı.

 

Adını çəkdiyimiz fəallar milli hüquq məzumununda şüarlar səsləndirməklə ümumi asayişi pozmaqda ittiham olunublar.

Qeyd edək ki, soydaşlarımızın məhkəmə iclası 2010-cu il yanvar ayının 19 və 20-də (Dey ayının 29 və 30-ü) qapalı şəkildə keçirilib. Onlar saxlanıldıqları müddətdə işgəncə edilib və vəkil tutmaq hüququndan məhrum olublar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar