SON XƏBƏRLƏR

Xoy şəhərinin mədəni fəalları, xalqımızı Urmu Gölü ətrafında keçiriləcək Kompaniyaya dəvət edir

2021.10.20, 07:36
Xoy şəhərinin mədəni fəalları, xalqımızı Urmu Gölü ətrafında keçiriləcək Kompaniyaya dəvət edir

Gunaz.tv

GünAzTv: Güney Azərbaycanın böyük şəhərlərindən birində mədəniyyət üzrə fəaliyyət göstərən bir qrup ziyalı Urmu Gölü Ətrafında keçiriləcək Kompaniya haqqında bəyanat yayıb.

Bəyanatda Urmu Gölünün quruma təhlükəsi Azərbaycanın son illərdə ən jiddi ekoloji problemi kimi göstərilir.Gölün quruyacağı təqdirdə iqtisadi böhranın yaradacağı fəsadlara toxunulan bəyanatda bu təhlükənin qarşısının alınmasının vacibliyi vurqulanır və bütün xalqımızdan Kompaniyaya qoşulmaq istənilir.

Qeyd edək ki, Güney Azərbaycanı İran üzrə Superliqada təmsil edən Tıraxtur Futbol Komandasının 100000-lə tərəfdarı 2010-cu il aprel ayının 2-də Urmu Gölü ətrafında Kompaniya başladacaq. Kompaniyanın məqsədi Urmu Gölünü qurumaqdan nicat verməkdir. Bu vasitəilə Gölün quruma təhlükəsi və bölgə əhalisinin nigəranlığı dünya ictimaiyyəti və İran rəsmilərinin diqqətinə çatdırılacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar