İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
Zəncan; Güney Azərbaycanın toxuculuq mərkəzi, amma istehsal zənciri hələ tamamlanmayıb
İranda beş əfqanistanlı silahlı öldürüldü
Bəqai Fransanı "repressiya"ya görə qınadı
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
Tramp: İsrailə uçan təyyarəyə qarşı terror cəhdinin arxasında İran dayanırsa, ölkə “çox ağır” zərbə alacaq
GünAzTv: Şotlandiyanın "The Sunday Herald" qəzetinin üzə çıxardığı məlumata görə, Pentaqon İranın yeraltı nüvə obyektlərini dağıtmaq üçün xüsusi olaraq hazırlanan yüzlərlə nəhəng bombanı Hind okeanında yerləşən Dieqo-Qarsiya adasındakı Hərbi-Hava Qüvvələri bazasına daşıyıb.
ABŞ-ın (Amerika Birləşmiş Ştatları) İrana qarşı olduqca məxfi müharibə hazırlıqları apardığı və bu hazırlıqları böyük ölçüdə tamamladığı üzə çıxıb. Şotlandiyanın "The Sunday Herald" qəzetinin üzə çıxardığı məlumata görə, Pentaqon İranın yeraltı nüvə obyektlərini dağıtmaq üçün xüsusi olaraq hazırlanan yüzlərlə nəhəng bombanı Hind okeanında yerləşən Dieqo-Qarsiya adasındakı Hərbi-Hava Qüvvələri bazasına daşıyıb. Dieqo-Qarsiya adası Böyük Britaniya ərazisidir. Bu adada 1971-ci ildən bu yana Birləşmiş Ştatların Hərbi-Hava Qüvvələrinin ən iri bazalarından biri yerləşir. Həmin baza 1991-ci ildəki Körfəz müharibəsi və 2003-cü ildə İraqa müdaxilə zamanı istifadə olunub. Belə ki, hərbi əməliyyatların birinci fazasında əsas hədəfləri bombalayan strateji bombardmançıların əsas hissəsi məhz Dieqo-Qarsiyadan qalxıb.
Qəzetin əldə etdiyi məlumata görə, bazaya cəmi 385 bunker dağıdan bomba daşınıb. Onlardan 195-i "Blu-110", 192-si isə "Blu-117"-dir. Bu tipli bombalardan hər birinin ağırlığı 1 tona yaxındır, onlar xüsusi olaraq yeraltında yerləşdirilmiş obyektlərin dağıdılması üçün hazırlanıb. Belə bombalar 60 metr betonla örtülmüş bunkerə keçib partlayır. İranın əsas nüvə obyektləri məhz bu cür yeraltı bunkerlərdə, dağların altında və tunellərdə yerləşdirlib. "The Sunday Herald"in verdiyi məlumata görə, ötən ilin payızında Pentaqon Konqresdən gizli olaraq İrana qarşı müharibə hazırlıqları üçün əlavə büdcə istəyib. Həmin hazırlıqlar çərçivəsində Böyük Britaniya və ABŞ arasında xüsusi razılaşma imzalanıb, bu razılaşmaya əsasən Dieqo-Qarsiya adasındakı bazaya bunker dağıdan bombalar daşınıb. Bombaların "Superior Maritime Services" gəmiçilik şirkəti ilə bağlanmış müqavilə əsasında ünvana çatdırıldığı bildirilir. Dieqo-Qarsiya adası Hindistandan 1000 kilometr cənubda yerləşir və oradan qalxan bombardmançı təyyarələr cəmi bir neçə dəqiqədən sonra İran səmasına çata bilər. Adadakı Amerika bazasında "B-2" və "B-52" strateji bombardmançıları, habelə digər tipli yüzlərlə hərbi təyyarə yerləşdirilib. London Universitetinin Beynəlxalq Araşdırmalar və Diplomatiya Mərkəzinin direktoru Dan Pleş qəzetə açıqlamasında bildirib ki, bu hərbi hazırlıq bilavasitə İranla bağlıdır. "Pentaqonun planları İranın bütünlüklə darmadağın edilməsinə hesablanıb. Amerika bombardmançıları elə bu gün, bir neçə saat ərzində İranda 10 min hədəfi məhv etməyə hazırdır" - deyə ekspert bildirib. D.Pleş deyib ki, ABŞ hazırda İrana qarşı hərbi əməliyyatlara hazırlaşmadığını bildirir, lakin bu, vəziyyətin kifayət qədər ciddi olduğunu göstərir. Çünki ABŞ İrana qarşı müharibəyə qəfil başlayacaq və bu səbəbdən hazırlıqların getdiyini inkar edərək İranı arxayın salmaq istəyir. Onun sözlərinə görə, İrana zərbələr istənilən gün prezident Obamanın əmri ilə endirilə bilər. "Amerikalılar hesab edir ki, hərbi-siyasi nöqteyi-nəzərdən İrana İsrailin müdaxiləsini gözləmədən birinci hücum etmək daha əlverişlidir" - deyə ekspert bildirib. Qəzetin bu sensasion məlumatına Pentaqondan heç bir şərh verilməyib. Lakin göstərilir ki, "Superior Maritime Services" şirkəti ilə Dieqo-Qarsiya adasında yük çatdırılması ilə bağlı müqavilə bağlandığı haqda xəbər Pentaqonun saytında da var. Ancaq orada yükün nədən ibarət olduğu göstərilmir. Qeyd edək ki, Qərb mənbələri İranda vurulacaq hədəflərin xəritəsinin hazır olduğu haqda bir neçə dəfə xəbər yayıblar. Bu hədəflər ölkənin əsas hərbi və strateji infrastrukturunu təşkil edir. Bura İnqilab Keşikçiləri Korpusunun bazaları, hava hücumundan müdafiə sistemləri, hərbi dəniz qüvvələrinin bazaları da daxildir. Lakin bombardman zamanı təkcə hərbi obyektlər hədəfə alınmayacaq, İran rəhbərliyinin iqamətgahları, körpülər, hərbi zavodlar və digər iqtisadi infrastruktur da hədəfə alınacaq. musavat
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Tarımda üç işçi həyatını itirib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu