SON XƏBƏRLƏR

İrandan Türkiyəyə marağlı təklif

2021.10.20, 07:36
İrandan Türkiyəyə marağlı təklif

Gunaz.tv

GünAzTv: İran rəsmisi bəyan edib ki, "Türkiyə-İran işbirliyi ilə bölgədəki problemlərin həlli asanlaşa bilər. Türkiyə və İran bölgədə Avropa Birliyi kimi bir birlik yarada bilərlər". o  bu birliyə Suriya və İraqın daxil edilməsinin də mümkünlüyü vurğulayıb.

İranın Türkiyədəki səfiri Bəhmən Hüseyinpur mətbuata verdiyi açıqlamada Ankara-Tehran münasibətlərinin qızıl dönəminin yaşandığını dilə gətirib. Bu barədə Türkiyənin "Radikal" qəzeti məlumat yayıb. İran səfiri ölkəsinin bölgənin problemlərinin həlli üçün Türkiyə, İraq və Suriya ilə birgə hərəkət etmələrinin vacibliyini bildirib. Bəhmən Hüseyinpur altmış il öncə baş verən savaşda altmış milyon insanın öldüyünü, ancaq bu gün vaxtilə qarşı-qarşıya dayanan ölkələrin Avropa Birliyində birləşdiklərini xatırladıb: "Türkiyə-İran işbirliyi ilə bölgədəki problemlərin həlli asanlaşa bilər. Türkiyə və İran bölgədə Avropa Birliyi kimi bir birlik yarada bilərlər". Səfir bu birliyə Suriya və İraqın daxil edilməsinin də mümkünlüyü vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar