SON XƏBƏRLƏR

Azərbaycan prezidenti bayram ərəfəsində əfv fərmanı imzalayıb

2021.10.20, 07:36
Azərbaycan prezidenti bayram ərəfəsində əfv fərmanı imzalayıb

Gunaz.tv

GünAzTv: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 72 nəfər məhkumu əfv edib. Onların arasında "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid də var. Prezident 62 nəfər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxsi,  7 nəfər azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş  şəxsi cəzanın çəkilməmiş hissəsindən, 1 nəfər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış hissəsindən azad edib. Eyni zamanda, 1 nəfər cərimə cəzasına məhkum edilmiş şəxs cəzadan azad edilib, 1 nəfər isə ömürlük həbs cəzasına məhkum edilmiş şəxsin cəzası 20 ilə endirilib. Hüquq müdafiəçiləri əfvi müsbət qiymətləndirib. Ancaq onlar, ölkədə siyasi məhbus probleminin qaldığını bildirir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar