SON XƏBƏRLƏR

Qondarma «Erməni soyqırımı» Konqresin gündəliyindən çıxdı

2021.10.20, 07:36
Qondarma «Erməni soyqırımı» Konqresin gündəliyindən çıxdı

Gunaz.tv
GünAzTv :Barak Obama administrasiyası qondarma "erməni soyqırımı" ilə bağlı qətnamə layihəsinin Konqresin gündəliyinə salınmaması ilə bağlı Nümayəndələr Palatası ilə razılığa gələ bilib.

GünAzTv mətbuat mərkəzinin apa-ya istinadən yaydığı məlumata görə, respublikaçı konqresmen Corc Radanoviç "Amerikanın səsi" radiosunun rus redaksiyasına müsahibəsində bildirib ki hazırda 252 saylı qətnamə layihəsinin Konqresin gündəliyinə daxil ediləcəyini söyləmək üçün heç bir əsas yoxdur: "Bildiyim qədər Obama administrasiyası erməni soyqırımı ilə bağlı qətnamə layihəsinin Konqresin gündəliyinə salınmaması ilə bağlı Nümayəndələr Palatası ilə razılığa gələ bilib. Bununla belə Birləşmiş Ştatların erməni icması qətnamənin qəbulu üçün təzyiqləri davam etdirməlidir. Gec-tez bu qətnamə layihəsi Konqresdə müzakirə olunacaq". Konqresinin bu qətnamə layihəsini qəbul etməsinin Türkiyə-ABŞ münasibətlərinə təsirini dəyərləndirən Radanoviç bildirib ki, bu münasibətlərdə müəyyən böhran yaranacaq, amma zaman keçdikcə hər şey yoluna düşəcək: "Türklər inciyəcək, 3 ay küsülü qalacaqlar, amma sonra hər şey öz əvvəlki məcrasına dönəcək. Çünki hər iki ölkənin bir-birinə ehtiyacı var. Bu elə bir məsələ deyil ki, bundan ötrü münasibətləri korlayasan".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar