SON XƏBƏRLƏR

Ərdəbil Zindaninda 4 milli-mədəni fəal Aclıq Aksiyasına başlayıb

2021.10.20, 07:36
Ərdəbil Zindaninda 4 milli-mədəni fəal Aclıq Aksiyasına başlayıb

Gunaz.tv
GünAzTv: Ərdəbil Zindanında milli-mədəni fəallar Vədud Səadəti, Behruz Əlizadə, Əli Abbasi və Rəhim Qulami 2010-cu il mart ayının 13-dən (1388-ci il isfənd ayının 22-i) Aclıq Aksiyasına başlayıblar. Məlumata görə, Aclıq Aksiyasına səbəb zindan məmurlarının o cümlədən zindan rəisinin məhbuslara qarşı etdikləri təzyiqdir. Keçən günlərdə ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) əməkdaşları Ərdəbil zindanına müraciət edərək adını çəkdiyimiz 4 milli-mədəni fəaldan Tövbənamə yazmağı tələb ediblər. Onlara bildirilib ki, Ancaq Tövbə etdikləri təqdirdə azad oluna bilərlər. Lakin siyasi məhbuslar bu təklifi qətiyyətlə rədd edib. Təklif rədd edildikdən sonra zindan məmurlarının rəftarı dəyişib və siyasi məhbuslara qarşı təzyiqlər artıb. GünAzTv mətbuat mərkəzinin “savalansesi”-nə istinadən yaydığı məlumata görə, adını çəkdiyimiz siyasi məhbuslara psixoloji təzyiq olur. Onların saçları təhqir edici şəkildə keçəl edilib, ailələri ilə telefon danışığına qada]a qoyulub. Xatırladaq ki, keçən günlərdə yuxarıda adını çəkdiyimiz 4 milli-mədəni fəal zindan məsullarının tapşırığı ilə dələduzluqda təqsirli bilinən məhbusların tərəfindən təhqir edilib və döyülmüşdülər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar