SON XƏBƏRLƏR

Birləşmiş Ştatların Azərbaycandakı səfirliyi Azərbaycan ictimaiyyətindən üzr istədi

2021.10.20, 07:36
Birləşmiş Ştatların Azərbaycandakı səfirliyi Azərbaycan ictimaiyyətindən üzr istədi

Gunaz.tv
GünAzTv: ABŞ-ın (Amerika Birləşmiş Ştatları) Azərbaycandakı səfirliyi Birləşmiş Ştatlar Dövlət Departamentinin yanlış hesabatına görə üzr istəyib. Səfirliyin narkomaniyanın vəziyyəti ilə bağlı hesabatına görə üzrxahlığını diplomatik nümayəndəliyin ictimaiyyətlə ələqalər departamentinin rəhbəri Terri Devidson çatdırıb: “Mən tələbələr və Azərbaycan ictimaiyyəti qarşısında üzr istəyirəm. Amerika hökuməti çox işləyir və hərdən səhv edə bilər”. Terri Devidson bildirib ki, ABŞ dünyanın bir çox ölkələri ilə bağlı hesabatlar yayır. Çünki narkotiklər zamanın ənsas problemlərindəndir: “Biz başa düşürük ki, ABŞ-da narkotiklərlə bağlı problem Azərbaycandan daha geniş miqyaslıdır. Etiraf edirik ki, səhv etmişik. Amma əsas məsələ odur ki, biz narkotiklərin ciddi problem kimi qaldığı Azərbaycanla işləyirik”. ABŞ səfirliyinin nümayəndəsi deyib ki, hesabatda dəyişikliklərin edilməsi üçün Dövlət Departamentinin təmsilçiləri ilə danışıb. O, dəyişikliyin nə vaxt ediləcəyini dəqiq bilməsə də, söz verib ki, bu, mütləq baş verəcək. Xatırladaq ki, martın 2-də ABŞ Dövlət Departamenti tərəfindən yayılmış hesabatda bildirilirdi ki, Azərbaycanda tələbələrin 30-35 faizi narkomandır. Bu sənəd Azərbaycanda gənclər arasında etirazla qarşılanıb. Tələbələr ABŞ-ın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçiriblər. //Trend

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar