SON XƏBƏRLƏR

Qondarma "Erməni soyqırımı" ilə bağlı qətnamə layihəsi Böyük Britaniya parlamentində qəbul edilməyəcək

2021.10.20, 07:36
Qondarma "Erməni soyqırımı" ilə bağlı qətnamə layihəsi Böyük Britaniya parlamentində qəbul edilməyəcək

Gunaz.tv
GünAzTv: Türkiyənin “Vatan” qəzetinin verdiyi məlumata görə, Böyük Britaniyanın ədliyyə naziri Cek Strou 1915-ci il hadisələrinin soyqırımı kimi tanınmasını nəzərdə tutan qərar layihəsinin ölkə parlamentində qəbul edilməsi ehtimalının olmadığını bildirib. Qeyd edək ki, Ermənistan mətbuatı saxta “erməni soyqırımı” barədə qərar layihəsinin aprelin 30-da Böyük Britaniya parlamentinin aşağı palatası - İcmalar Palatasında müzakirə olunacağını yazıb. Xatırladaq ki, martın 4-də ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi, martın 11-də isə İsveç parlamenti "erməni soyqırımı"na dair qətnamə layihəsini qəbul edib. Ermənilər növbəti addım kimi layihəni İspaniya və İngiltərə parlamentinə də təqdim etməyi planlaşdırır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar