SON XƏBƏRLƏR

İlaxir çərşənbə günü Təbriz və Urmuda baş verən hadisələr + Video Görüntü

2021.10.20, 07:36
İlaxir çərşənbə günü Təbriz və Urmuda baş verən hadisələr + Video Görüntü

Gunaz.tv
GünAzTv: Bütün qadağalara baxmayaraq dünən Güney Azərbaycanın bütün şəhərlərində İlaxir çərşənbə günü bayram edilib. İranın Kütləvi İnformasiya Vasitələri müxtəlif şəhərlərdə Polislə əhali arasında yaranan qarşıdurmalardan yazır. Təbrizin Zəfəraniyyə şəhərciyində İran prezidenti Mahmud Əhmədinəjadın şəkili yandırılıb və “Diktatora ölüm” şüarı səsləndirilib. Bundan başqa “And ola Sattarxana yoldaşı Baqirxana azad olmasa zindanilər (məhbuslar) od vurarıq hər yana” kimi türk dilində də şüarlar deyilib. KİV-dən aldığımız məlumata görə, Zəfəraniyyə şəhərciyində polis tərəfindən 2 nəfər saxlanılıb. Təbrizin Vəliəsr fələkəsində polislər Bayram münasibəti ilə oynayan bir qıza hücum ediblər. Ancaq soydaşlarımız qızı polisin əlindən qurtara biliblər. Sonra bəsicilər (Hökümət tərəfdarları – yarım silahlı dəstələr) Bayram şənliyinə qatılanlara hücum edib. bir bəsici müqavimət göstərən soydaşlarımız tərəfindən yaralanıb və daha bir polis isə onların əlinə keçib. Digər mənbənin yaydığı məlumata görə, dünən Təbrizdə keçirilən axır çərşənbə mərasimlərində 60 nəfər tutulub. bunu jurnalistlərə İranın Şərqi Azərbaycan əyalətinin hüquq mühafizə qüvvələrinin komandanı Məhəmmədəli Nüsrəti deyib. O bildirib ki, sözügedən təbrizlilər ictimai asayişi pozduqları üçün saxlanılıblar. Onun sözlərinə görə, axır çərşənbə mərasimləri sona çatana qədər şəhərdə 16 yanğın hadisəsinin baş verdiyini, eyni zamanda 4 nəfərin yanğınlar zamanı müxtəlif dərəcəli bədən xəsarəti aldığını vurğulayıb. Azərbaycanın digər şəhəri Urmudada insident baş verib. Saat 20 radələrində polislə Bayram şənliyi keçirmək istəyən əhalinin arasında yaranan çəkişmələr zamanı Bələdiyyəyə aid bir Depo (anbar) yandırılıb. Polis bu hadisələrdə kimsəni yaxalamağa müvəffəq olmayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar