SON XƏBƏRLƏR

Polis “İlaxır çərşənbə” günü Tehran küçələrini nəzarət altına alıb

2021.10.20, 07:36
Polis “İlaxır çərşənbə” günü Tehran küçələrini nəzarət altına alıb

Gunaz.tv
GünAzTv: Tehranda axır çərşənbə mərasiminə nəzarət gücləndirilib. Hüquq mühafizə qüvvələri, İran İnqilab Keşikçiləri Korpusu (“Sepah”) və bu qurumun nəzdində fəaliyyət göstərən “Bəsic” könüllülərindən ibarət qərargah yaradıldığı bildirilir. Martın 16-sı sübh saatlarından paytaxtın bütün əsas küçə və meydanları nəzarətə götürülüb. GünAzTv mətbuat mərkəzinin “mediaforum”-a istinadən yaydığı məlumata görə, Tehran hüququ mühafizə qüvvələri komandanının müavini Möhsün Xançərli jurnalistlərə açıqlamasında qərargahın paytaxt Tehranda təhlükəsizlik səviyyəsini gücləndirməyə xidmət edəcəyini bildirib: “Polis axır çərşənbə mərasiminin keçirilməsi və vətəndaşların şənlənməsinə qarşı deyil. Lakin bu mərasimdə qanun pozuntusu ilə məşğul olanların və ictimai asayişi pozanların qarşısı alınacaq. Hər kəs mərasimi öz evi qarşısında keçirməlidir. Mərasim üçün əsas küçələrə toplaşmağa imkan verilməyəcək”. İrandakı “yaşıl hərəkat” mənbələri bir neçə gün əvvəldən vətəndaşları martın 16-da keçiriləcək axır çərşənbə mərasiminə qatılmağa çağırsalar da, dini rəhbər ayətullah Əli Xamneyi martın 15-də buna əks fitva verib. Fitvada axır çərşənbə mərasiminin cəmiyyətdə fitnə-fəsada gətirib çıxardığı bildirilir: “Novruz bayramının son çərşənbə mərasimi dini əsaslara söykənmir. Bu, bir növ atəşpərəstlikdir. Yaxşı olar ki, bu mərasimdən imtina edilsin”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar