SON XƏBƏRLƏR

Mehdi Kərrubinin evinə hücum olub (Video Görüntü)

2021.10.20, 07:36
Mehdi Kərrubinin evinə hücum olub (Video Görüntü)

Gunaz.tv
GünAzTv: İranın Milli Etimad Partiyasının rəhbəri Mehdi Kərrubinin mənzili qarşısında etiraz aksiyası keçirilib. GünAzTv mətbuat mərkəzinin “mediaforum”-a istinadən yaydığı məlumata görə, martın 14-də axşam saatlarında M.Kərrubinin yaşadığı binanın qarısında toplaşan 40-a yaxın adam İran prezidenti Mahmud Əhmədinejadın və dini rəhbər Əli Xamneyinin lehinə şüarlar səsləndiriblər. M.Kərrubinin xanımı Fatimə Kərrubi jurnalistlərə açıqlamasında deyib ki, aksiyaçılar “Bəsic” (hökumət tərəfdarı olan könüllülər dəstəsi) təşkilatının üzvləri və mülki geyimli ETTELAAT əməkdaşları olub. Onun sözlərinə görə, M.Kərrubiyə, keçmiş prezident Məhəmməd Xatəmiyə və keçmiş baş nazir Mirhüseyn Musəviyə qarşı təhqiramiz şüarlar səsləndirib, divarlarda şüar yazdıqdan, divarlara qırmızı boya yaxdıqdan sonra etirazçılar binaya daxil olaraq Kərrubinin bəzi qonşularının bir sıra əşyalarını qarət də ediblər. F.Kərrubi bildirib ki, bu, M.Kərrubinin hökumətin zülmkarlığını ifşa etməsinə cavabdır: “Onun qərargah və ofisinin qapadılması, dinc aksiyalarda üzərinə gözyaşardıcı qazın buraxılması, oğlum Əlinin vəhşicəsinə işgəncələrə məruz qoyulması və bizə edilən digər təzyiqlər də elə bununla bağlıdır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar