SON XƏBƏRLƏR

Tehran-Moskva arasında S-300 problemi

2021.10.20, 07:36
Tehran-Moskva arasında S-300 problemi

Gunaz.tv
GünAzTv: Rusiya ilə İran arasındakı S-300 problemi davam edir. Rusiya İranın bütün israrlarına rəğmən S-300-ləri bu ölkəyə təhvil vermir. Tərəflərin məsələ ilə bağlı mövqelərində qeyri-müəyyənliklər davam edir. Amma, əvvəllər problemi sadəcə texniki səbəblərlə izah edən Rusiya, indi səbəblər arasına regionda qarşıdurma və gərginliklərin artması ehtimalını da əlavə edib. Ümumiyyətlə Rusiya ilə İran arasındakı strateji münasibələrin ən vacib sahələrindən biri olan hərbi sahədəki əməkdaşlıq əsasən Rusiyanın İrana silah satmasından ibarətdir. Rusiya silah sataraq həm İranın hərbi baxımdan güclənməsinə təkan verməkdə, həm də böyük iqtisadi qazanc əldə etməkdədir. Təxminlərə görə, İran Rusiyanın Çin və Hindistandan sonra üçüncü önəmli silah alıcısıdır. İran üçün isə Rusiya ən vacib silah satıcısı hesab edilməkdədir. Bu əməkdaşlıq prosesində Rusiya İrana əsasən zirehli texnika, hərbi təyyarə və hava müdafiə sistemləri satmaqdadır. Son zamanlarda bu sahədəki əməkdaşlığın əsas mövzusu isə Rusiyanın İrana S-300 raket kompleksi satması məsələsidir. Rusiyanın 2007-ci ildə İrana 20 ədəd S-300 raket kompleksi satmaq için razılaşdığı bilinməkdədir. İlk başda Rusiyalı rəsmilər tərəfindən inkar edilən bu xəbər daha sonra təsdiqlənsə də, komplekslərin İrana verilməsi müxtəlif səbəblər göstələrərək təxirə salınmaqdadır. Bu təxirəsalma prosesində ABŞ və İsrail amilinin təsirli olduğu təxmin edilməkdədir. Belə ki, hərbi ekspertlər S-300 raketlərinin ən təkmilləşdirilmiş versiyalarının düşmən təyyarələrini 27 km hündürlükdə və 150 km məsafədə vura bildiyinə diqqəti cəlb edirlər. Hər biri eyni anda 6 hərbi təyyarəni hədəfə götürmə imkanına malik olan bu raket komplekslərinin İranın hava hücumundan müdafiə sistemini ciddi şəkildə gücləndirəcəyi, bu çərçivədə İranı ABŞ və İsrailin qəfil zərbələrindən qorunmasında mühüm faydalar verəcəyi qeyd edilməkdədir. Elə bunu diqqətə alan rəsmi Vaşinqton və Təl-Əviv Rusiyanı bu fikrindən daşındırmaq üçün Moskva ilə müzakirələr aparırlar. Rusiya isə bu prossesi xüsusən ABŞ-dan bəzi güzəşlər almaq üçün istifadə etməyə çalışır. araztm

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar