SON XƏBƏRLƏR

Bakıda ATƏT Parlament Assambleyasının sədri ümid verici danışdı

2021.10.20, 07:36
Bakıda ATƏT Parlament Assambleyasının sədri ümid verici danışdı

Gunaz.tv
GünAzTv: ATƏT Parlament Assambleyasının sədri Joao Soareş bu gün Bakıda danışıqlar aparıb. Danışqlarda Qarabağ münaqişəsinin həlli yolları ətrafında fikir mübadiləsinin üstünlük təşkil etdiyi xəbər verilir. Elə bu gün Azərbaycanın xarici işlər naziri Ermənistanla mümkün sülh planının bəzi mətləblərini açıqlayıb. ATƏT Parlament Assambleyasının sədri Joao Soareş ümid edir ki, bu il tərəflər arasında razılaşma əldə etmək mümkün olacaq. O hesab edir ki, bunun üçün tərəflər siyasi iradə nümayiş etdirməlidir: "Həm prezidet Əliyev, həm də onun erməni həmkarı siyasi cəsarət nümayiş etdirməlidir". GünAzTv mətbuat mərkəzinin BBC-yə istinadən yaydığı məlumata görə, Parlament Assambleyasının sədri qəti addımlara ehtiyacın olduğunu və İlham Əliyevin belə bir addım sayəsində adını yalnız Azərbaycanın deyil, həmçinin regionun və dünyanın tarixinə münaqişənin həllini mümkün etmiş şəxs kimi salacağını düşünür. Azərbaycan rəsmiləri isə münaqişəni çözmək üçün öz tərəflərindən nə mümkündürsə edildiyini deyərək indi qalan məsuliyyətin qarşı tərəfin üzərinə düşdüyünü bildirir. Xarici işlər naziri Elmar Məmmədyarov deyir ki, sülh sazişinin bir sıra məqamları razılaşdırılmaq üzrədir: "Birinci mərhələdə 5 rayon və Laçının 13 kəndi azad edilir, kommunikasiyalar açılır və qaçqınlar öz yerlərinə qayıdır. Daha sonra isə ermənilər Kəlbəcər və Laçını boşaldır. Sonda Qarabağın statusu həll edilir". Yerli şərhçilər isə iki mərhələli həll planının müsbət tərəfləri ilə yanaşı, onun kifayət qədər kövrək olduğunu da deyirlər. Siyasi təhlilçi Azər Rəşidoğlu qacqınların qayıdışı, ərazilərin bərpası və minalardan təmizlənməsi, habelə bölgə statusunun müəyyən edilməsinin uzun illər apara biləcəyi qənaətindədir. O, deyir ki, "buna 10-15 il tələb oluna bilər".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar