SON XƏBƏRLƏR

“Aşura günü” aksiyalarının 6 iştirakçısı edama məhkum edilib

2021.10.20, 07:36
“Aşura günü” aksiyalarının 6 iştirakçısı edama məhkum edilib

Gunaz.tv
GünAzTv: İranda edamlar dəvam edir. Tehran prokuroru Abbas Cəfəri Dolətabadi jurnalistlərə bildirib ki, “Aşura günü” aksiyalarında ittiham edilənlərdən 6-ı edama məhkum edilib. Hazırda onların hökmü Apelyasıya Məhkəməsindədir (dadqahe təcdide nəzər). Dolətabadi həmin aksiyada tutulan 250 nəfərə cinayət işi açıldığını da bildirib. Edama məhkum edilən şəxslərin ittihamlarına işarə edilməsədə ancaq onların Allaha qarşı müharibədə günahlandırıldığı düşünülür. Sözü gedən aksiyalar Aşura günü miladi tarixlə 2009-cu ilin dekabr ayının 27-28-nə baş tutub. Qeyd edək ki, qərb ölkələri və insan haqları təşkilatlarının bütün təzyiqlərinə rəğmən, İran Məhkəmələri edam hökmlərinə dəvam edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar