SON XƏBƏRLƏR

İsveçli zabit: “Bir şahid kimi erməni qətliamı ilə bağlı iddiaları qətiyyətlə rədd edirəm”

2021.10.20, 07:36
İsveçli zabit: “Bir şahid kimi erməni qətliamı ilə bağlı iddiaları qətiyyətlə rədd edirəm”

Gunaz.tv
GünAzTv: İsveçin “Nya Dagligt Allehanda” qəzetində bu ölkənin parlamentinin “erməni soyqırımı” olaraq tanıdığı uydurma iddianın yalan olduğunu üzə çıxaran məqalə dərc edilib. İsveçin “Nya Dagligt Allehanda” qəzetində bu ölkənin parlamentinin “erməni soyqırımı” olaraq tanıdığı uydurma iddianın yalan olduğunu üzə çıxaran məqalə dərc edilib. Məqalənin müəllifi 1915-17-ci illərdə hadisələrin baş verdiyi bölgədə hərbi xidmətdə olmuş isveçli mayor Hjalmar Pravitzdir. Müəllif öz yazısında “Ermənilərin acınacaqlı vəziyyəti” adlı kitabı oxuduqdan sonra bu kitabın “başdan ayağa yalanlarla dolu” olduğu qənaətinə gəldiyini və həmin kitabı zibil qutusuna atdığını qeyd edib. Mayor bütün bu iddiaların ermənilər tərəfindən uydurulduğunu və illər əvvəl planlaşdırıldığını yazıb. H. Pravitz o dövrdə baş verən hadisələri belə qələmə alıb: “Hər zaman səfilliyə şahid olmuşam. Ancaq əvvəlcədən planlaşdırılmış bir qətliama heç bir yerdə şahid olmamışam. Həmin dövrdə ermənilərin öz etibarlarını itirmələrinin və onların Osmanlı İmperiyasının şimal bölgələrinə sürgün edilmələrinin səbəblərini və Osmanlının məcburiyyət qarşısında bu addımı atmasını başa düşmək lazımdır. Ermənilərin türk əsarəti altında yaşamaları və daima təzyiqlərə məruz qalmaları barədə deyilənlərin və yazılanların yalan olduğunu söyləyirəm. Digər tərəfdən, Osmanlı dövlət orqanlarının köçkünlərin problemlərini həll etmək üçün göstərdikləri cəhdlərin lazımi səviyyədə olmadığını da etiraf etməliyəm. Ancaq heç vaxt bu qarabəxt insanlara qarşı türklərin hücumunu görmədim. Bir şahid kimi köçkünlərə nəzarət edən türk jandarmaların ermənilərə qarşı qətliam törətmələri ilə bağlı iddiaları qətiyyətlə rədd edirəm”. İsveçli mayor türk hökumətinin erməni köçkünlərə kifayət qədər qayğı göstərə bilməməsinin də başadüşülən olduğunu söyləyib. Onun sözlərinə görə, həmin dövrdə Osmanlı üç güclü düşmən tərəfindən hücuma məruz qalmışdı və belə bir şəraitdə hökumətin mərkəzləşdirilmiş qaydada yardım fəaliyyətlərini təşkil etməsi mümkünsüz idi. “Mən bu zavallı köçkünləri çox yaxından gördüm. Onları Anadoluda qatarda, Konyada və başqa rayonlarda öküz arabalarında və Toros dağlarında saysız piyada-karvanları halında yürüyərkən, eləcə də Tarsus və Adanada çadır düşərgələrində gördüm. Eyni zamanda Hələbdə, Deir-el-Zor və Anada gördüm. Yol kənarında ölmək üzrə olanları və ölüb qalanları gördüm. Ancaq əlbəttə ki, yüz minlərlə insandan ölənlərin olması normaldır. Çaqqallar tərəfindən parçalanmış uşaqları və qollarını bir parça çörək üçün uzatmış və ağlayan acınacaqlı vəziyyətdə insanlar gördüm. Ancaq heç vaxt bu qarabəxt insanlara türklərin hücum etdiyini görmədim. Bir dəfə bir türk jandarmanın geridə qalan bir neçə nəfərə qamçı vurduğunu gördüm. Ancaq mən eyni davranışlara Rusiyada da məruz qalmışdım və mən nə o vaxt, nə də ondan sonra buna reaksiya vermədim”,-deyə məqalədə qeyd olunub. H. Pravitz qeyd edib ki, o vaxt birlikdə xidmət etdiyi ermənilərdən də qətliam ilə bağlı bir cümlə belə eşitməyib: “14 gün boyunca Fərat çayı üzərində səyahət etdim. Bu vaxt ərzində Xanım Stjernstedtin (”Ermənilərin acınacaqlı vəziyyəti” kitabının müəllifi-red.) verdiyi bilgilərə görə, ən azından bir dəfə ermənilərə qarşı törədilmiş bir qətliama şahid olmalıydım. Bu vəziyyətdə bir çox erməni Fərat çayında ölü vəziyyətdə üzməli idi. Bu səyahətimi doktor Şaxt (alman həkim) ilə birlikdə etdim. Sonradan Bağdadda da onunla görüşdük. O da mənə bu barədə heç nə demədi”. Qeyd edək ki, isveçli mayor “Sakitlik və fırtına arasında İran” adlı kitabında da ermənilərin soyrıqımı iddialarının yalan olduğunu yazıb.zaman

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar