SON XƏBƏRLƏR

Bu gün BÜTÖV AZƏRBAYCANda ilaxır çərşənbəsi qeyd olunur

2021.10.20, 07:36
Bu gün BÜTÖV AZƏRBAYCANda ilaxır çərşənbəsi qeyd olunur

Gunaz.tv
GünAzTv: Bayramınız mübarək. Xalqımız Novruz bayramına kimi müxtəlif rəmzi adlar altında dörd çərşənbəni də qeyd edir. Novruza gətirən çərşənbələrin hər birinin öz mənası var. Təbiətin müxtəlif ünsürləri ilə əlaqələndirilən çərşənbələrə xalq arasında sevgi ilə yanaşı, inam da formalaşıb. Ayrı-ayrılıqda "Su çərşənbəsi", "Od çərşənbəsi" "Yel çərşənbəsi" və "Torpaq çərşənbəsi" adı verilən çərşənbələrin hər birinin öz mənası olub. İnsanlar çərşənbələrdə yerinə yetirilən adətlərdə bir-birinə daha yaxın və həmrəy olub. Çərşənbə adətləri insanlarda ancaq yaxşı niyyətlər aşılamağa yönəlib. İnsanları səmimi, bir-birlərini sevməyə səsləyən milli adətlər həm də onlarda gələcək günə inamı da artırır. Onlar yazın gəlişini böyük ruh yüksəkliyi, sevinclə qarşılayırlar ki, bütün ili elə bu cür də keçirə bilsinlər. Artıq çərşənbələrin axırıncısını qeyd edirik. Hazırda axırıncı çərşənbə torpaq çərşənbəsi kimi qeyd olunur. Amma vaxtilə Azərbaycanın elə bölgələri olub ki, orda axırıncı çərşənbə od çərşənbəsi kimi yadda qalıb. Od qalanması, odun üzərindən tullanmaq kimi adətlər elə bu çərşənbə ilə yekunlaşıb. Elə bölgələr var ki, axırıncı çərşənbə əsl bayram kim qeyd olunur. Süfrələrin bəzədilməsi, qulaq falına çıxma, nişanlı qızlara pay aparılması kimi bir çox adətlər axırıncı çərşənbə günü həyata keçirilir. Qarabağ 30-40 il əvvəllərdə qeyd olunan çərşənbə şənliklərini indi yada salanlar o dövrün bayramlarının daha həmrəy, daha şən keçirildiyini deyir. Bir məqamı da xüsusi vurğulamaq lazımdır ki, bəhs olunan dövrdə sovet hakimiyyəti illərində Novruz kimi milli bayramları qeyd etmək qadağan olunmuşdu. Amma buna baxmayaraq xalq öz milli adət-ənənələrini, bayramlarını gizlin şəkildə də olsa, qoruyub-saxlaya bilib. Ötən əsrin hələ 60-cı illərinə təsadüf edən bayramların iştirakçılarının dediyinə görə, hələ bir neçə gün əvvəldən evin bütün adamları üçün təzə nəsə alınar və ya tikilərdi. Tonqalların qalanması üçün odun yığılardı. Sonuncu çərşənbə günü qalanan tonqalların işığı üfüqü belə al-qırmızı rəngə boyayıb. Xüsusilə, kənd yerlərində bayramlar daha çılğın şəkildə qeyd olunduğu üçün kəndin bütün əhalisi bir yerə toplanarmış. Əgər kənddə müqəddəs hesab olunan bir qəbir varsa, kənd əhli dəstə ilə gedib, həmin qəbrə şam qoyar və niyyət edərmişlər. Bundan sonra parçadan, kağızdan hazırlanan və yandırılan şarlar fırladılaraq havaya buraxılıb. Al-əlvan geyimdə olan insanlar tonqalın ətrafında dövrə vurar, hətta yeməklərini də açıq havada birliklə yeyərmişlər. Gecənin gec saatlarına kimi nağaralar, zurnalar çalınar və insanlar əsl bayram yaşayarmış. Göründüyü kimi milli bayramın qadağan olunduğu bir vaxtda və insanları bayramı keçirmək üçün heç bir təşkilatlanması olmadan öz bayramlarını çox gözəl bir şəkildə qeyd ediblər. Təbii ki, indi bayramlar bir az fərqli qeyd olunur. Sonuncu çərşənbənin çox zaman bayram olduğu belə xatırlanmır. Bəzən işlərimizin, qayğılarımızın çox olmasını bəhanə gətirir və çərşənbənin qeyd olunmasına laqeyd yanaşırıq. Amma təbiətin bizə bəxş etdiyi bu gözəl bayramın hər birimizə ruh yüksəkliyi, sabaha ümüd, sevinc aşılaya bilməsi üçün çərşənbəni qeyd etməyimiz vacibdir. Bayramların dost-tanışla, qohumlarla birlikdə keçirilməsinin gözəlliyi daha çox olsa da, indi bu arzularımızı reallaşdırmaq bir az çətindir. Yeri gəlmişkən, onu da vurğulayım ki, evdə yaşlı insanlar varsa, həmin evdə bayramlar daha canlı keçirilir. Bayram əhval-ruhiyyəsi daha çox duyulur. Bayramlarımızın bizə sevinc gətirməsi üçün elimizin adət-ənənələrinə əməl edək. Əməl edək ki, heç bir düşmən qüvvə bizi doğma torpağımızdan, ayağımızı qoyanda qüvvət hiss etdiyimiz vətənimizdən ayıra bilməsin. olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar