SON XƏBƏRLƏR

Milli-mədəni fəal azadlığa buraxılıb

2021.10.20, 07:36
Milli-mədəni fəal azadlığa buraxılıb

Gunaz.tv
Güney Azərbaycanın İbrahim İsməili adlı milli-mədəni fəallarından biri azadlığa buraxılıb. GünAzTv mətbuat mərkəzinin “Tebrizsesi”-nə istinadən yaydığı məlumata görə, 2010-cu il yanvar ayının 18-də (1388-ci il dey ayının 28-i) tutuqlanan milli-mədəni fəal 2010-cu il mart ayının 13-də (isfəndin 22-i) 54 gün ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) təcridxanasında və bir gün Təbriz zindanında saxlanıldıqdan sonra 50000 dollarlıq (50 milyon tümən) mülki vəsiqə müqabilində azadlığa buraxılıb. Qeyd edək ki, adını çəkdiyimiz milli-mədəni fəal İran Təhlükəsizlik Qüvvələri tərəfindən öz evində tutuqlanıb. Dövlət Məmurları onun şəxsi evinə hücum edib, ailəsini qorxudub və İsməilini yaxalamışdır. Evdə ciddi axtarış aparan məmurlar özləri ilə bir sıra şəxsi əşya o cümlədən iki kompüter götürüb və ETTELAAT İdarəsinə aparmışdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar