SON XƏBƏRLƏR

ETTELAATın rəsmi göstərişi ilə Səid Mətinpura məzuniyyət verilmir

2021.10.20, 07:36
ETTELAATın rəsmi göstərişi ilə Səid Mətinpura məzuniyyət verilmir

Gunaz.tv
GünAzTv: Hazırda Tehranın Evin zindanında həbsdə saxlanılan Güney Azərbaycanlı jurnalist, milli-mədəni fəal cənab Səid Mətinpura müalicə üçün məzuniyyət verilmir. Bunun səbəbi ETTELAATın (İran Kəşfiyyat Nazirliyi) bir başa göstərişidir. GünAzTv mətbuat mərkəzinin “Zancansesi” saytına istinadən yaydığı məlumata görə, 2010-cu il mart ayının 8-də (1388-cu il isfəndin 17-i) həbsxanada cənab Mətinpurla görüşən Anası bildirib ki : "Səidin müalicəsi üçün səlahiyyətli məsullara müraciət etdik. Ancaq onlar bildirdilər ki, ona müzəniyyət verilməməsi üçün ETTELAAT tərəfindən rəsmi məktub var. Ona görədə mümkün deyil." Səid bəyin Anasının sözlərinə görə, cənab Mətinpurun səhhəti get-gedə pisləşməkdədir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar