SON XƏBƏRLƏR

Ermənilər Türkiyəni beynəlxalq məhkəməyə verməyə hazırlaşır

2021.10.20, 07:36
Ermənilər Türkiyəni beynəlxalq məhkəməyə verməyə hazırlaşır

Gunaz.tv
GünAzTv mətbuat mərkəzinin anspress-ə istinadən yaydığı məlumata görə, ABŞ (Amerika Birləşmiş Ştatları) nümayəndələr palatası və İsveç parlamentində qondarma erməni soyqırımı layihəsinin qəbul edilməsi ermənilərə cəsarət verib. “Milliyet” qəzetinin xəbərinə görə, Ermənistan Milli Elmlər akademiyası Şərqşqnaslıq institutunun müdiri professor Ruben Safrastyan bildirib ki, Türkiyənin “soyqırımını” qəbul etməsini gözləmədən bu ölkəni beynəlxalq məhkəməyə vermək lazımdır: “Türkiyənin 1915-ci il “soyqırımını” qəbul etməsini gözləyə bilmərik. Güclü ölkələrin əksəriyyəti bu tarixi “həqiqəti” qəbul etdiyinə görə beynəlxalq hüquq platformuna doğru hərəkət etməliyik və Türkiyəni məhkəməyə verməliyik”. Safrastyan Türkiyənin ABŞ-la gizli sövdələşmə apardığını da iddia edib: “Türkiyədə liderlərin verdiyi bəyanatlar onların ABŞ-la gizli sövdələşmələrinin isbatıdır və bu sövdələşmənin uğursuzluğa düçar olması istisna deyil. Bu isə Türkiyənin təşəbbüsü ilə protokolları ratifikasiya edə bilər. Bu olan təqdirdə Ermənistanın bu prosesdən geri çəkilməsi daha məntiqli hərəkət olar”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar