SON XƏBƏRLƏR

Xamnenei İlaxır Çərşənbəni qadağan etdi

2021.10.20, 07:36
Xamnenei İlaxır Çərşənbəni qadağan etdi

Gunaz.tv
GünAzTv mətbuat mərkəzinin “Lent-az”-a istinadən yaydığı məlumata görə, İran İslam Respublikasının rəhbərliyi orta əsrlərin ərəb işğalçıları və ya şovinistləri kimi düşünür. Məhz həmin dövrlərin təfəkkürü ilə ortaya çıxan və müqəddəs dinimizin mahiyyətinə zidd olan “O şey ki İslamda yoxdur, deməli küfrdür” hökmü ilə türkün neçə-neçə kitabxanası yandırıldı, mədəni irsi yerlə-yeksan edildi. İndi də bu təfəkkürlə Tehran hakimiyyəti türklərin bütün milli-mədəni tədbirlərini əngəlləməkdədir. martın 14-də İranın ali rəhbəri ayətullah Xameneinin rəsmi saytında yayılmış xəbərdə bildirilib ki, ölkənin lideri vətəndaşları İlaxır Çərşənbəni keçirməməyə çağırıb. Farsların törəni kimi təqdim edilən bu bayram martın 16-da keçirilir və farslar ona «Çərşənbə Suri» deyirlər. Ayətullah Xamenei müraciətində bildirib ki, bu törənin islamla heç bir əlaqəsi yoxdur və o, şəriətlə təsbit edilməyib. Onun qənaətincə, bu bayram «cəmiyyətdə pozuculuq və ziyanlı işlər yaradır». İrandakı bəzi din xadimləri də bu törənin keçirilməsinin qanunla yasaqlanmasını tələb edirlər. Xatırladaq ki, ötən illərdə hakimiyyət nümayəndələri bu Bayramın keçirilməsinə yardım edirdilər. Bu baxımdan, İlaxır Çərşənbə ilə bağlı tədbirlərə hakimiyyətin yerli təmsilçilərinin qatılmayacağı gözlənilir. Şəhriyarın Azərbaycan türkcəsində olan şeirlərindən örnəklər gətirməyi xoşlayan ayətullah Xameneiyə və onun tərəfdarlarına onun «Heydər babaya salam» poemasından bir xatırlatma burda yerinə düşərdi: ...Qızlar deyər, «Atıl-matıl Çərşənbə Ayna təkin baxtım açıl Çərşənbə. İlahiyyatçı alimlərimizdən biri bu məlumatı eşitdikdən sonra bizə maraqlı bir hədis danışdı: «Bir gün şiələrin imamı Cəfəri Sadiqdən bu bayram haqda soruşurlar. O, deyir ki, bunun islamla, bizimlə heç bir əlaqəsi olmasa da çox möhtəşəm, halal bir bayramdır. Onu keçirmək istəyənlər gedib qeyd etsinlər». Sədrəddin Soltan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar