SON XƏBƏRLƏR

Türkiyənin “Milliyət” qəzeti: “AKP-nin xarici siyasəti islam ideologiyanın əsiridir”

2021.10.20, 07:36
Türkiyənin “Milliyət” qəzeti: “AKP-nin xarici siyasəti islam ideologiyanın əsiridir”

Gunaz.tv
GünAzTv: “AKP-nin xarici siyasəti, siyasi islamdan törəmiş bir partiyanın prioritetlərini əks etdirən bir ideologiyanın əsiridir, realizmdən uzaqlaşaraq prioritetdən məhrum bir xüsusiyyət qazanıb”. GünAzTv mətbuat mərkəzinin SİA-ya istinadən yaydığı məlumata görə, bu fikir Türkiyənin “Milliyət” qəzetində dərc olunan “Strateji dərinliyə yuvarlanan xarici siyasətimiz” başlıqlı yazıda ifadə olunub. Yazıda Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunun “Strateji dərinlik” kitabı şərh olunur. Yazıda Türkiyənin İsraillə münasibətləri xüsusilə tənqid olunur. Kitabda verilən “İsrailin başda Qəzza olmaqla, işğal edilmiş Fələstin torpaqlarındakı siyasətini tənqid etmək ayrı bir məsələdir, İsrail ilə əlaqələrin qarşılıqlı hörmət və etibara söykənərək davam etdirilməsini təmin etmək ayrı bir məsələdir” ifadələrinə münasibət bildirilən yazıda qeyd edilib ki, AKP iqtidarı bu tarazlığı tamamilə itirib. Qəzet Ermənistanla imzalanan protokolların da zamanlanması, xüsusiyyəti və məzmunu baxımından təhlükəli olduğunu yazıb və bildirib ki, Türkiyə-Ermənistan əlaqələrinin yaxşılaşdırılması qəti olaraq iflasa doğru getməkdədir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar