SON XƏBƏRLƏR

Türkiyə qondarma “Soyqırım” təzyiqlərinə qarşı yeni strategiya müəyyənləşdirir

2021.10.20, 07:36
Türkiyə qondarma “Soyqırım” təzyiqlərinə qarşı yeni strategiya müəyyənləşdirir

Gunaz.tv
GünAzTv: Bu gün Ankarada ermənilərin soyqırım iddiaları ilə bağlı yaranmış vəziyyət və Türkiyənin bundan sonra atacağı addımlar müzakirə ediləcək. GünAzTv mətbuat mərkəzinin BBC-yə istinadən yaydığı məlumata görə, Türkiyə parlamentinin xarici əlaqələr komissiyasının məsələyə həsr edilmiş toplantısında xarici işlər naziri Əhməd Davudoğlunun iştirakı nəzərdə tutulur. Birləşmiş Ştatların Nümayəndələr Palatasının xarici əlaqələr komitəsi, ardından isə İsveç parlamentinin ermənilərin soyqırım iddiaları ilə bağlı qərar layihəsini qəbul etməsi Türkiyəni "prosesin yayılmasının qarşısını almaq üçün" təsirli addımlar atmağa sövq edib. Yaranmış vəziyyət və bundan sonra izlənəcək siyasət Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komissiyasının bu günkü toplantısında müzakirə ediləcək. İclasda Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun soyqırım iddiaları ilə bağlı yaranmış vəziyyətə dair məlumat verməsi gözlənilir. İcmalçıların əksəriyyəti hesab edir ki, Ankara həm soyqırım iddialarını tanıyan ölkələr, həm kampaniyanın arxasında dayanan Ermənistana qarşı daha təsirli addımlar atmalıdır. Müxalifət də höküməti bu məsələdə daha sərt mövqe nümayiş etdirməyə çağırır. “Ermənistana elə bir dərs verilməlidir ki, heç vaxt unutmasın”.Ana müxalifətdəki sol yönümlü Cümhuriyyət Xalq Partiyaının sədr müavini Onur Öymən belə deyib. Türkiyənin bəzi hökümət üzvləri bildirirlər ki, uzun vədədə Türkiyə əleyhinə qəbul edilən qərarların qarşısını almaq üçün ölkə xaricindəki Türk diasporunun təşkilatlanması və xarici ölkələrdə daha təsirli mövqelərə malik olması vacibdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar