SON XƏBƏRLƏR

Bernard Kuşner: Avropa Birliyi İrana qarşı birtərəfli şəkildə sanksiyalar təklif edə bilər

2021.10.20, 07:36
Bernard Kuşner: Avropa Birliyi İrana qarşı birtərəfli şəkildə sanksiyalar təklif edə bilər

Gunaz.tv
GünAzTv: Fransanın Xarici İşlər naziri Bernard Kuşner deyib ki, Avropa dövlətləri BMT İrana qarşı öz sanksiyalarını tətbiq edə bilməsə, birtərəfli şəkildə sanksilar təklif edə bilər. GünAzTv mətbuat mərkəzinin voa-ya istinadən yaydığı məlumata görə, Finlandiyada Avropa Birliyinin xarici işlər nazirlərinin iclası çərçivəsində müxbirlərlə danışan Kuşner bildirib ki, ilk növbədə səylər BMT Təhlükəsizlik Şurasında qətnamənin qəbul edilməsi istiqamətinə yönəlməlidir. Lakin o deyib ki, bu, baş verməsə, Fransa İranın bankları və sığorta şirkətləri, habelə müəyyən adamların səfərlərinə sanksiyalar tətbiq edə bilər. Şənbə günü Finlandiyanın xarici işlər naziri Aleksandr Stab deyib ki, Avropa Birliyi daxilində İrana qarşı birtərəfli qaydada sanksiyaların tətbiq olunması üçün kifayət qədər razılıq var.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar