SON XƏBƏRLƏR

Finlandiya xarici işlər naziri: AB ölkələri İrana qarşı embarqoların tətbiqi ilə bağlı razılığa gəlib

2021.10.20, 07:36
Finlandiya xarici işlər naziri: AB ölkələri İrana qarşı embarqoların tətbiqi ilə bağlı razılığa gəlib

Gunaz.tv
GünAzTv mətbuat mərkəzinin "anspress"-ə istinadən yaydığı məlumata görə, Avropa Birliyi ölkələri arasında İrana qarşı sanksiyaların(embarqo) tətbiqi ilə bağlı razılıq əldə edilib. Bu bəyanatla Finlandiyanın xarici işlər naziri Aleksender Stubb çıxış edib. Saariselka şəhərində AB ölkələri xarici işlər nazirlərinin görüşündə çıxış edən Aleksender Stubb ümid etdiyini bildirib ki, Çin və Rusiyanı İrana qarşı yeni sanksiyalar nəzərdə tutan BMT qətnaməsinə səs verməyə inandıra biləcək. Finlandiyanın xarici işlər nazirinin sözlərinə görə, əgər BMT-də qətnamənin qəbulu baş tutmasa, o zaman AB ölkələri İrana qarşı sanksiyaların birtərəfli qaydada tətbiqi məsələsini müzakirə edəcəklər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar