SON XƏBƏRLƏR

Ermənistana unuda bilməyəcəyi dərs verilməlidir

2021.10.20, 07:36
Ermənistana unuda bilməyəcəyi dərs verilməlidir

Gunaz.tv
Türkiyədə CHP-nin (Cümhuriyyət Xalq Partiyası) sədr müavini Onur Öymən İsveç parlamentində qəbul edilən soyqırımı qərarını şərh edib. “Bir ölkə bizə pislik edirsə onun cavabı hökmən verilməlidir. Bunu edən ölkə qarşılığını almalıdır. Ancaq ölkəmizə qarşı tətbiq olunan sanksiyaların əsasını meydana gətirən Ermənistana unuda bilməyəcəyi bir dərs verməliyik”. GünAzTv mətbuat mərkəzinin ANS-ə istinadən yaydığı məlumata görə, Onur Öymən siyasi mənsubiyyətindən asılı olmayaraq İsveç parlamentində qəbul olunan qərarın hamını üzdüyünü deyib. “Biz atalarımıza layiq görülən bu sifətləri qəbul etmirik. Tarixi həqiqətləri dəyişdirərək, hüququ yox sayaraq, siyasətin təməl prinsipi olan nəzakət qaydalarını bir kənara qoyaraq ölkəmizi, atalarımızı, vətəndaşlarımız yaralayacaq ifadələr işlədiblər. Bu iddiaları rədd edirik. Amma bu kifayət deyil. Səfirimizi geri çağırmaq da yaxşıdır, amma bu da lazımi reaksiya deyil”. Ermənistanın bu kimi fəaliyyəti Avropa Birliyində də həyata keçirməyə cəhd edəcəyini deyən Onur Öymən hökumətə də xəbərdarlıq edib: “Burdan hökumətə xəbərdarlıq edirik. Bu il AB-də qondarma soyqırımı barədə qərar qəbul etdirməyə çalışacaqlar. Bu qərara əsasən “soyqırımını” qəbul etməməyi cinayət hesab edəcəklər. Biz bu məsələni Türkiyə Böyük Millət Məclisinin gündəminə gətirəcəyik. Bu məsələdə heç bir güzəşt ola bilməz. Çünki bu sadəcə milli mənfəət yox, eyni zamanda milli şərəf, milli ləyaqət məsələsidir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar