SON XƏBƏRLƏR

Sarkisyan Vaşinqtona çağırıldı

2021.10.20, 07:36
Sarkisyan Vaşinqtona çağırıldı

Gunaz.tv
GünAzTv: Ermənistan prezidenti Serj Sarkisyan ABŞ-ın (Amerika Birləşmiş Ştatları) dövlət katibi Hillari Klintonla telefon danışığı aparıb. Ermənistan kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, bu barədə Ermənistan prezidentinin mətbuat katibliyindən bildirilib. Məlumata görə, telefon söhbəti Amerika tərəfinin təşəbbüsü ilə həyata keçirilib. Amerika dövlət katibi Serj Sarkisyana ABŞ prezidenti Barak Obamının dəvətini çatdırıb. Belə ki, Barak Obama erməni həmkarını aprel ayında Vaşinqtonda “Qlobal atom təhlükəsizliyi” sammitinə dəvət edib (ans press).

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar