SON XƏBƏRLƏR

İranda ailə quranların sayı azalmaqda, boşananların sayı isə artmaqdadır

2021.10.20, 07:36
İranda ailə quranların sayı azalmaqda, boşananların sayı isə artmaqdadır

Gunaz.tv
GünAzTv: İranın Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı Təşkilatının statistik (amar) məlumatına görə, bu ölkədə ötən 11 ay ərzində (İranda il martın 21-də dəyişir) boşananların sayı ötən illə müqayisədə 2.13 faiz artıb, evlənənlərin sayı isə 5,2 faiz azalıb. Bu barədə Trend News İranın İLNA xəbər agentliyinə istinadən məlumat yayıb. Ailə qurmuş şəxslərin yaş həddi kişilərdə və qadınlarda 20-24, boşananların yaş həddi isə qadınlarda 29-30, kişilərdə 34-35 təşkil edir. Məlumata əsasən, bu ilin ötən 11 ayında İranda 1 milyon 240 min 259 uşaq dünyaya gəlib; 359 min 723 ölüm faktı qeydə alınıb; 804 min 628 min nəfər evlənib və 114 min 674 nəfər isə boşanıb. Məlumatda doğum hallarının 5,3 faiz artdığı, ölüm hallarının isə 5,6 faiz azaldığı qeyd olunur.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar