SON XƏBƏRLƏR

Körfəzdə növbəti “adalar problemi”

2021.10.20, 07:36
Körfəzdə növbəti “adalar problemi”

Gunaz.tv
GünAzTv: Martın 11-də İran Xarici İşlər Nazirliyinin sözcüsü Ramin Mihmanperest, Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) yekun bəyannaməsindəki fikirlərə etirazını bildirərək Körfəzdəki Böyük Tonb, Kiçik Tonb və Əbu Musa adalarının əbədi olaraq İrana aid qalacağını demişdir. Mihmanperest, Səudiyyə Ərəbistanında təşkil edilən Körfəz Əməkdaşlıq Şurasının yekun bəyannaməsində yer alan, Böyük Tonb, Kiçik Tonb və Əbu Musa adalarıyla əlaqədar iddiaları “İranın daxili işlərinə müdaxilə” kimi qiymətləndirmişdir. Mihmanperest, bu üç adanın tarix boyunca İrana aid olduğunu, bu mövzudakı problemlərin müzakirələr yoluyla həll edilməsinin zəruri olduğunu və kənar qüvvələrin problemə müdaxilələrinin zərərli ola biləcəyini iddia etmişdir. Xatırladaq ki, Körfəzdəki bu üç ada mövzusunda problem İran və Birləşmiş Ərəb Əmrlikləri arasında 1971-ci ildən bu yana davam edir. Bölgədəki İngilis qüvvələri burdan çəkilərək Körfəz ölkələrinin müstəqilliklərini tanıdığı mərhələdə, Şah Rıza Pəhləvi rəhbərliyindəki İran ABŞ-ın dəstəyi ilə üç adanı ələ keçirmişdi. Üç ada ilə bağlı anlaşmazlıq son illərdə vaxtaşırı gündəmə gəlir. Bu mövzuda BƏƏ Bahreyn, Küveyt, Ümman, Qətər və Səudiyyə Ərəbistanıdan meydana gələn KƏŞ-in tam dəstəyinə sahibdir. Adaların yerləşdiyi Hürmüz boğazı strateji önəmə sahibdir. Belə ki, bu bölgədən dünya xam neftinin təxminən 40 %-i daşınır. Körfəz ölkələrinin bu mərhələdə mövzunu yenə və əvvəlkilərə nisbətən daha güclü səviyyədə gündəmə gətirmələri göstərir ki, onlar bu mərhələni özləri üçün uduş əldə edə biləcəkləri bir mərjhələ kimi qiymətləndirirlər. Belə ki, həm insan hüquqlarına, həm də nüvə məsələsinə görə İranla bağlı sərt sanksiyaların gündəmdədir. Son prezident seçkisinin qalmaqallı olması hakimiyyətin daxili dayaqlarını xeyli sarsıdıb. Belə mərhələdə Körfəz ölkələri İrandan uduş əldə etmə şanslarının olduğunu düşünürlər. qaynaq: araztm

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar