SON XƏBƏRLƏR

İsveçin xarici işlər naziri parlamentin "Soyqırım" qətnaməsini tənqid edib

2021.10.20, 07:36
İsveçin xarici işlər naziri parlamentin "Soyqırım" qətnaməsini tənqid edib

Gunaz.tv
GünAzTv: İsveç xarici işlər naziri Karl Bildt ölkə parlamentinin Osmanlı türklərinin erməniləri qətlə yetirməsini genosid (Soyqırım) kimi tanıyan qətnaməsini pisləyib. GünAzTv mətbuat mərkəzinin VOA-ya istinadən yaydığı məlumata görə, Bildt cümə günü türk həmkarı ilə Finlandiyada Avropa xarici işlər nazirlərinin görüşü zamanı danışıqlar aparıb. O, müxbirlərə deyib ki, İsveç parlamentindəki səsvermə “təəssüfləndiricidir” və “faydalı məqsədə xidmət etmir”. İsveç qanunvericiləri cümə axşamı “Ermənilərin Genosidi”ni tanıyan qətnaməni az səs fərqi ilə qəbul etdi. Bundan bir neçə gün öncə isə ABŞ (Amerika Birləşmiş Ştatları) konqres komitəsi buna oxşar qətnamə qəbul edib. Türkiyə hökuməti hər iki qətnaməni pisləyərək İsveç və ABŞ-dakı səfirlərini geri çağırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar