SON XƏBƏRLƏR

Tıraxtur-İstil Azin yarışında diqqət çəkən məqamlar

2021.10.20, 07:36
Tıraxtur-İstil Azin yarışında diqqət çəkən məqamlar

Gunaz.tv
GünAzTv: Dünən 2010-cu il mart ayının 12-də (İsfəndin 21) Təbrizin Səhənd (Yadeqare emam) Stadiyomunda (stadion) Güney Azərbaycanın Milli Komandası Tıraxturla Tehranın İstil Azin komandası arasında keçirilən həyəcanlı müsabiqənin şahidi olduq. Şahidlərin qənaətinə görə Müsabiqə olduqca marağlı keçib. Tıraxturun ardıcıl yarışlarını izləyən komanda tərəfdarları get-gedə daha çox iradə nümayiş etdirirlər. müsabiqə zamanı bir neçə məqam xüsusi diqqətə layiq idi : _Tamaşaçıların izdihamını xüsusi vurqulamaq lazımdır . Müsabiqəni 100000 nəfər tamaşaçının izlədiyi təxmin edilir. Minlərlə tamaşaçı Stadiyomun (stadiom) çolundə qalmağa məcbur olub. _Hazırda Tehranın Evin zindanında həbsdə saxlanılan Güney Azərbaycanlı milli-mədəni fəal, tanınmış jurnalist Səid Mətinpurun azadlığını tələb edən BİLDİRİŞlərin yayılıb. _Güney Azərbaycanın Urmu yaxınlığında yerləşən, İran dövlətinin diqqətindən kənarda qalıb yaxında quruması gözlənilən Urmu Gölü haqqında Bildirişlər yayılıb. Bildirişlərdə İran dövlətinin bu Ekoloji faciəyə biganə qalması, hətta müəyyən faktlara görə buna səbəb olması pislənilir. _2010-cu il aprel ayının 2-də (1389-cu il fərvərdin ayının 13-ü) Urmu gölü ətrafında nəzərdə tutulan Kompaniyaya qoşulmaq barədə bildirişlər yayılıb. Bildirişlərdə bütün soydaşlarımızdan sözü gedən Gölün quruması təhlükəsini İran dövləti və dünya ictimaiyyətinin diqqətinə çatdırmaq istəyən kompaniyaya qoşulmaq istənilir. _Stadiyomunda(stadion) tamaşaçılar arasında Milli məzmunlu plakatlar, milli şüarlar, geyimlərdə milli məzmunlu yazılar, bozqurd işarətlərini və ... gözə çarpırdı. Bu kimi hallar nə qədər Tıraxtur yarışlarında adi görünsədə o qədərdə əhəmiyyətli və diqqətə layiqdir. _ Urmulu soydaşımız Əhəd Bəhadori Stadiyoma(stadion) daxil olarkən, üzərində türkcə sözlər yazılmış köynək geydiyinə görə, İran Təhlükəsizlik Qüvvələri tərəfindən tutuqlanır. Məmurlar Bəhadorinin əllərinə qandal vurub naməlum istiqamətə aparırlar. Ancaq yarım saat sorğu-sualdan sonra bəhadori azad olunur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar