SON XƏBƏRLƏR

Tıraxtur_İstil Azin müsabiqəsinin son nəticəsi

2021.10.20, 07:36
Tıraxtur_İstil Azin müsabiqəsinin son nəticəsi

Gunaz.tv
GünAzTv: Bu dəqiqələrdə Güney Azərbaycanın Milli Komandası Tıraxturla Tehranın İstil Azin arasında gedən müsabiqəyə yekun vuruldu. Təbrizin Səhənd (yadeqare emam) Stadiyomunda (stadion) keçirilən Yarışın birinci hissəsində 1 qol vuran Milli Komandamız ikinci hissədə daha bir qol vurdu. Bunun müqabilində İstil Azin komandası Tıraxtur qapısına bir qol vurmağa müvəffəq oldu. Bununlada müsabiqənin son nəticəsi (2-1) Tıraxturun xeyirinə yekunlaşdı. GünAzTv mətbuat mərkəzinin İran mətbuatına əsasən yaydığı məlumata görə, müsabiqəni 100000 nəfər tamaşaçı izləyib. Stadiyomun (stadion) daxilində əhali izdihamı yaşanıb. O üzdən bir çox Komanda tərəfdarı stadiyomun çolundə qalmağa məcbur olub. daxili və xarici Kütləvi İnformasiya Vasitələrinin etirafına görə, Tıraxtur Komandası öz cazibəsini nəinki itirmir hətta get-gedə artırır. Buna səbəb, Tıraxtur müsabiqələrinin İdman meydanı olduqdan başqa həmdə milli mübarizə meydanına çevrildiyi göstərilir. Sözü gedən müsabiqədə milli afişalar (puster) onminlərlə tamaşaçının əlində görünürdü. “Yaşasın Azərbaycan” “Yaşasın Tıraxtur” kimi Milli şüarları stadiyomun hər tərəfindən eşitmək mümkün idi. Minlərlə tamaşaçı qırmızı parça götürüb vəya paltarlarını qırmızı boyamışdılar. Yarış boyu Bir çox taçaşaçı xüsusi ilə uşaqlar, üzlərində Tıraxturun Loqosunu əks etdirən rəsimlərlə müşahidə olunurdu.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar