SON XƏBƏRLƏR

Londonda Azərbaycanlı siyasi məhbuslar o cümlədən Səid Mətinpurla bağlı Aclıq Aksiyası və İmzatoplama Kompaniyası keçiriləcək

2021.10.20, 07:36
Londonda Azərbaycanlı siyasi məhbuslar o cümlədən Səid Mətinpurla bağlı Aclıq Aksiyası və İmzatoplama Kompaniyası keçiriləcək

Gunaz.tv
GünAzTv: Bir qrup milli fəal Londonda İngiltərə parlamenti binasının qarşısında Aclıq Aksiyasi və İmzatoplama Kompaniyasına başlayacaq. Kompaniya təşkilatçılarından biri BTN-ə bildirib ki, Kompaniyanın məqsədi İranda Azərbaycanlı siyasi məhbusların zindandakı durumu və onların haqqında çıxardılan ədalətsiz məhkəmə hökmləri ilə bağlıdır. Kompaniyada hazırda Tehranın Evin zindanında məhbus həyatı yaşayan Güney Azərbaycanlı milli-mədəni fəal və jurnalist Səid Mətinpurun vəziyyəti xüsusi olaraq vurqulanacaq. O vurqulayıb ki, bir qrup məhbusda Ərdəbil zindanında işgəncə altındadır . onlarında səsini dünyaya duyurmaq kompaniyanın hədəflərindən biridir. Xatırladaq ki, Jurnalist Səid Mətinpur 2007-ci il May ayının 25-də (1386-cı il xordad ayının 4-ü) yaxalanıb. 9 ay işgəncə altında sorğu-suala tutularaq, saxlanıldıqdan sonra nəhayət Tehranın İnqilab Məhkəməsi tərəfindən 8 il azadlıqdan məhrum edilib. O Türkiyədə insan haqları ilə bağlı bir konfransda iştirak etdiyi üçün həbs edilib. zindana düşdükdən sonra Səid bəyin səhhətində jiddi problemler yaranıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar