SON XƏBƏRLƏR

İrana get-gedə təzyiqlər artır

2021.10.20, 07:36
İrana get-gedə təzyiqlər artır

Gunaz.tv
GünAzTv: ABŞ (Amerika Birləşmiş Ştatları) prezidenti Barak Obama İrana ambarqo tətbiqi ilə bağlı 1995-ci il tarixli prezident fərmanının müddətini bir il də artırdı. Martın 10-da Ağ evin verdiyi bəyanatda ABŞ prezidenti Barak Obamaya istinadən bildirib ki, “ABŞ-ın təhlükəsizliyinə, iqtisadiyyatına və xarici siyasətinə qarşı qeyri-adi və fövqəladə bir təhlükə hiss olunur. Bu təhlükə İran dövlətinin apardığı siyasətlərin nəticəsidir. Bu təhlükənin aradan qalxmaması səbibindən iki ölkə arasındakı münasibətlərdə “fövqəladə şəraitin” bir il daha davam etməsi zəruridir.” Digər tərəfdən martın 10-da “Şell” neft şirkəti İrana benzin satışının dayandırılması haqqında məlumat yayıb. Şirkətin sözcüsü Rayner Vinzner Lahey şəhərində jurnalistlərə bildirib ki, onun təmsil etdiyi şirkət İrana benzin satışını dayandırıb. O, bunun hansı tarixdə olduğu və səbəbləri haqqında heç bir məlumat verməyib. Bu, son bir həftədə İrana benzin satışını dayandırmaq haqqıda qərar verən 4-cü böyük şirkətdir. İran böyük neft istehsalçısı olmasına baxmayaraq istifadə etdiyi benzinin 30 faizindən çoxunu xaricdən idxal edir. İndiyə qədər İsveçrə şirkətləri olan Vitoil, Glenkour və Trafiqora İrana benzin satışını dayandırdaqları haqda məlumatlar verib. Son zamanlar ABŞ-ın İranla bağlı qətiyyətli siyasətləri, bir çox ölkələri eləcədə böyük şirkətləri kimin yanında olmaq qərari vermək məcburiyyətində qoyub. Daimi mənafeyini düşünən şirkətlər təbii güclülərin yanında olma qərari verməklə özlərinin gələcəyini düşünürlər. Hər halda Barak Obamanın İranla bağlı “fövqəladə vəziyyət” fərmanını bir il müddətinə uzatması və ABŞ rəsmilərinin bütün görüşlərində İran məsələsini müzakirə etməsi ABŞ-ın mövcud vəziyyəti dəyişmək üçün bütün imkanlardan istifadə edəcəyini daha açıq göstərir. araztm

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar