SON XƏBƏRLƏR

İsveç parlamenti qondarma “erməni soyqırımı”nı tanıyıb

2021.10.20, 07:36
 İsveç parlamenti qondarma “erməni soyqırımı”nı tanıyıb

Gunaz.tv
GünAzTv: İsveç parlamenti qondarma erməni soyqırımıyla bağlı qanun layihəsini qəbul edib. Sənəd Amerika konqressindəki kimi bir səs çoxluğuyla təsdiqlənib. Səsvermədə 131 isveçli deputat uydurma iddiaya “Hə”, 130-u isə “Yox” deyib. İsveç müxalifəti tərəfindən hazırlanmış sənəddə ermənilərlə yanaşı 1915-ci ildə Türkiyədə yaşayan digər xristian azlıqlarını da soyqırıma məruz qaldığı iddia edilir. Uydurma iddianın qəbuluna rəsmi Ankaradan dərhal sərt cavab gəlib. Baş nazir Rəcəb Tayyib Ərdoğan martın 17-ə nəzərdə tutulan İsveç səfərini ləğv edib, həmçinin Stokholmdakı Türkiyə səfiri məsləhətləşmə üçün Ankaraya çağırılıb. Prezident Abdullah Gül isə bu qərarın tarixə hörmətsizlik olduğunu və heç bir əsası olmadığını bəyan edib. Müxalifət isə İsveç parlamentinin qərarına münasibət bildirərkən deyib ki, bəzi ölkələr Türkiyəni qaralama kompaniyasına çevirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar