SON XƏBƏRLƏR

“Əmir Kəbir” universitetinin türk öyrənciləri, İran mətbuatının növbəti təhqirini məhkum edib

2021.10.20, 07:36
“Əmir Kəbir” universitetinin türk öyrənciləri, İran mətbuatının növbəti təhqirini məhkum edib

Gunaz.tv
GünAzTv: İranda “Rəhcu” adlı öyrənci dərgisi Azərbaycanın milli dəyəri sayılan Milli Sərdar Sattarxan haqqında təhqirə yol verib. Beləki adını çəkdiyimiz dərgi Milli Sərdarı ona yaraşmayan statusla təqdim edib. Güya ki Milli Sərdar adi insanlardan biri olub və pulsuz bir meyvə suyu əldə etmək üçün (meyvə sələvati) o zaman kı qüdrət sahiblərinin arxasıca sürünüb. Mütləq hakimiyyətin qarşısında qəhrəmancasına mübarizə aparmış Sattarxanın bu şəkildə təqdim olunması təbii ki səbəbsiz deyil. “Əmir Kəbir” universitetinin türk öyrənciləri bəyanat yayaraq bu əməlin səbəbinə toxunublar. Bəyanatda qeyd olunur ki, keçən il iyun ayı prezident seçkilərindən sonra ölkədə yaranmış qarşıdurmalarda soydaşlarımızın heç bir cinaha maşa olmaması buna səbəbdir. Azərbaycan türk milləti onların gözləntisini tarixi təcrübələrə görə doğrutmaması, öz milli istəklərini gündəmə gətirməsi qarşı tərəfin qəzəbinə səbəb olub. Bəyanatda adını çəkdiyimiz dərginin bu əməli şiddətlə qınananaraq, ölkədə yaranmış cinahlara vasitə olub Azərbaycanı təhqir edən Kütləvi İnformasiya Vasitələrinə xəbərdarlıq edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar