SON XƏBƏRLƏR

Güney Azərbaycan mətbuatı soydaşlarımızı Urmu Gölü ətrafında keçiriləcək Kompaniyaya qoşulmağa çağırır

2021.10.20, 07:36
Güney Azərbaycan mətbuatı soydaşlarımızı Urmu Gölü ətrafında keçiriləcək Kompaniyaya qoşulmağa çağırır

Gunaz.tv
GünAzTv: Güney Azərbaycanın Milli Komandası Tıraxtur Futbol Taxımının 100 minlərlə tərəfdarı 2010-cu il aprel ayının 2-i saat 12-də (1389-cu il fərvərdin ayının 13-ü) Urmu Gölü Körpüsü ətrafında geniş miqyaslı Kompaniya keçirəcəklərini planlaşdırır. Illərdir sözü gedən təhlükənin həyəcanını yaşayan Güney Azərbaycan Türkləri təbii ki kompaniyanı yekdilliklə dəstəklədilər. bu zəmində keçən günlərdə Urmu şəhərinin bir sıra ziyalı, universitet öyrəncisi, milli-mədəni fəallar və yazıçılar bəyanat qəbul edərək bütün soydaşlarımızı bu kompaniyaya qoşulmağa çağırdılar. Həmçinin Güney Azərbaycanın bir çox Kütləvi İnformasiya Vasitələri o cümlədən “Tebrizsesi” və “sulduz.tk”-də eyn bəyanatla çıxış ediblər. Təbii olaraq bizdə bütün müvafiq bəyanatlara qoşularaq öz soydaşlarımızı bu Kompaniyaya qatılmağa dəvət edirik. Qeyd edək ki, tarixi min illərə gedən Azərbaycanın dünya şöhrətli Urmu Gölü, jiddi olaraq qurumaq təhlükəsi ilə üz-üzədir. Bu barədə mütəxəssislər həyəcan təbli çalır. Mütəxəssislərin fikricə Gölün gündən günə quruması, suyun gerilədiyi yerdə duz buraxır. Bu duz külək nəticəsində Azərbaycanın böyük vüsətdə ərazisinə dağılıb və torpaqlarımızı səhraya çevirir. Gölün quruması bölgə üçün quraqlığa səbəb olub bununlada kənd əhalisinin Şəhərə köçməsi qaçırılmaz olacaq. Həmçinin Gölün quruması insanların səhiyyəsinədə bir başa mənfi təsir göstərəcək. Gölün qurumasına bir neçə səbəb o cümlədən Gölə tökülən çayların başqa məcraya yönəldilməsi, çayların önündə barajların (Sədd) tikilməsi, dəqiq mühəndisi araşdırma olmadan Gölün üzərində körpü salınması, quraqlıq və... göstərilir. sözü gedən kompaniyanın məqsədi sözü gedən ekoloji problemin harayını İran dövləti rəsmiləri və dünya ictimaiyyətinə çatdırmaqdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar